Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Müəllif: Yaşar Yakış (Türkiyənin sabiq xarici işlər naziri)

Cənubi Qafqaz tarixən qeyri-sabitliyi ilə seçilən region olub. Əsas səbəb onun ilk növbədə Bizans ilə İranın, daha sonra Osmanlı imperiyası ilə İranın, indi isə Rusiya, İran və Türkiyənin təsir zonalarının kəsişməsində yerləşməsidir.

Regionda sərhədlərin dəyişdirilməsinə son cəhdi 1988-ci ildə Ermənistan edib. O zaman Ermənistan qonşusu Azərbaycana hücuma keçərək, əhalisinin əksəriyyəti erməni olan Dağlıq Qarabağ Muxtar Vilayətini işğal etmişdi. Həmin dövrdə Azərbaycan müharibəyə hazır deyildi. Nəticədə o, məğlub olmuşdu.

1990-cı illərin əvvəllərində Yerevanın yeni əraziləri işğal etmək iştahı daha da artmış və o, Azırbaycanın Dağlıq Qarabağ regionuna bitişik rayonlarını da zəbt etmişdi. Bununla da o, Azərbaycan ərazisinin beşdə birinə nəzarəti əlinə almışdı. Nəticədə yarım milyondan çox azərbaycanlı öz ev-eşiyini tərk etməyə məcbur olmuşdu.

Amma bütün bu illər ərzidnə Ermənistan işğalın beynəlxalq birlik tərəfindən qəbul edilməsinə nail olıa bilməyib. Məsələn, BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamədə Ermənistandan hərbi birləşmələrini Azərbaycanın işğal altındakı ərazilərindən dərhal çıxarması tələb olunur.

1992-ci ildə ATƏT problemin həllinə vasitəçilik etmək üçün Minsk qrupu adlı qurum da yaradıb. O, Ermənistanı işğal altındakı ərazilərdən çıxmağa məcbur etməli idi. Lakin ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupu təxminən 30 il ərzində nəinki işğala son qoya bilməyib, əksinə, Yerevanın işğalçı siyasətini davam etdirməsinə şərait yaradıb.

Nəticədə Azərbaycan ərazilərini azad etmək üçün yalnız öz ordusuna arxalanmalı olduğunu anlamaqda idi. Odur ki, Bakı güclü, müasir silahla təchiz edilmiş ordu yaratmaq məqsədilə uzunmüddətli plan hazırlamışdı. Bütün ötən illər ərzində Azərbaycan əsgərlərinə təlimlər keçirilir, onlar hərbi hazırlıqla bağlı güclü ənənələri olan Türkiyə daxil olmaqla, müxtəlif ölkələrdəki hərbi kollec və akademiyalara göndərilirdi.

Xatırladaq ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Sovet İttifaqı dağıldıqdan sonra ölkəsinin gücündən istifadə edərək, Azərbaycanla ədalətli sülh müqaviləsi imzalamaq istəyirdi. İndiki baş naziri Nikol Paşinyan isə daha iddialı idi. O, Azərbaycana hücumları davam etdirirdi. Məsələn, ötən ilin iyulunda Ermənistan Azərbaycana Tovuz rayonu istiqamətində hücuma keçmişdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri, yeni işə düşmüş Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycan-Gürcüstan-Türkiyə avtomobil magistralı məhz bu regiondan keçir. Bundan başqa, Ermənistanın işğal etdiyi ərazilərdən fərqli olaraq, Tovuz rayonu iki ölkənin dövlət sərhədində yerləşir.

Amma Yerevanın yay həmləsi nəticə verməmiş, o, işğal altında saxladığı əraziləri genişləndirə bilməmişdi. Halbuki, bəzilərinin fikrincə, Tovuza hücum Azərbaycan-Ermənistan sərhədinin dəyişdirilməsinə hesablanmışdı. Amma bu, Bakını hücuma təhrik etməyə də hesablana bilərdi.

Lakin o zaman AzərbaycanRusiyanın NATO-su” adı ilə tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tələsinə düşməyib. Məsələ ondadır ki, Moskvanın bu qurum çərçivəsində müəyyən öhdəlikləri var. Məsələn, KTMT üzvlərinə hər hansı üçüncü ölkə hücum edərsə, Rusiya ona kömək etməlidir. Odur ki, Bakı Ermənistanın Tovuza hücumuna təmkinli reaksiya göstərmiş, sadəcə Yerevanı hücumu dayandırmağa məcbur etməklə kifayətlənmişdi.

Amma ötən ilin sentyabrında Ermənistan Azərbaycanın daha bir neçə şəhərinə hücuma keçdi və bu dəfə Bakının cavabı miqyaslı oldu. Nəticədə Yerevan gözlənildiyi kimi, Rusiyadan KTMT çərçivəsində öhdəliyini yerinə yetirməsini istədi. Amma Moskvanın cavabı fərqli idi: KTMT məsələyə yalnız Ermənistanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinə hücum olunduğu təqdirdə müdaxilə edə bilər.

Beləliklə, sentyabrda Ermənistanla Azərbaycan arasında amansız hərbi toqquşma başlayıb və döyüşlər düz 44 gün davam edib. Nəticədə Ermənistan hərbi birləşmələri ciddi məğlubiyyətlə üzləşib. Azərbaycan Ordusu Ermənistanın təxminən 30 il işğal altında saxladığı ərazilərin əksəriyyətini azad edib. Üstəlik, Azərbaycan Silahlı Qüvvələri mühüm strateji əhəmiyyət kəsb edən Şuşa şəhərini də azad edib, bununla da “Dağlıq Qarabağın paytaxtı” (dırnaq işarəsi bizə aiddir - WM) Xankəndiyə yol açılıb.

Yalnız Şuşanın azad edilməsindən sonra Rusiya prezidenti Vladimir Putin vəziyyətə qarışıb, tərəflərə atəşkəs razılaşması imzalamalarını təklif edib. Məğlubiyyətini etiraf etməli olan Paşinyanın təkliflə razılaşmaqdan başqa yolu qalmayıb.

Bu yerdə onu da qeyd edək ki, Putinin Qərbpərəst siyasət yürüdən Nikol Paşinyana münasibəti əvvəldən yaxşı olmayıb. Odur ki, Rusiya lideri sanki Ermənistanın baş nazirinə “dərs vermək” istəyirdi. Bununla yanaşı, V.Putin Ermənistan ordusunun tam məhvinə də göz yuma bilməzdi. Əks təqdirdə, Cənubi Qafqazda Azərbaycan mütləq üstünlük qazanacaqdı.

Bu gün Bakı üçün ən yaxşı həll yolu ermənilərin 1988-ci ilə qədər yaşadıqları ərazilərdə qalmasına imkan verməkdir. Ermənilər isə işğal nəticəsində məcburi köçkünə çevrilmiş azərbaycanlıların doğma evlərinə qayıtmasına problem yaratmamalıdır.

Bir sözlə, atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər. Bu zaman Azərbaycanın zəngin iqtisadiyyatından Dağlıq Qarabağda yaşayan istedadlı və bacarıqlı ermənilər də faydalanacaq. Çünki onlar bu zəngin neft ölkəsinin tamhüquqlu vətəndaşlarıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ARAB NEWS

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar