Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bir evdə 5 nəfərin ölümü ilə bağlı təfərrütlar - Video

Bu gün Badamdar qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən hadisənin ilkin səbəbi müəyyənləşib.

PİA.az xəbər verir ki, ilkin baxış zamanı ikimərtəbəli evin kombi aparatından xaric olacaq qazın mənzilə dolduğu müəyyənləşib. Belə ki, kombi aparatının bayıra çıxmalı olan və tullantı qazı xaric edən başlığının yerindən çıxdığı və qazı mənzilə doldurduğu müəyyənləşib.

Hadisə barəsində isə ilk olaraq ev sahibi Rəşad Əliyev xəbər tutub. Övladlarının zənglərə cavab vermədiyini görən ata təmirdə olan mənzilə gəlib. O, 2 oğlu ilə yanaşı, onların digər 2 dostunun və ustanın cansız bədənini tapıb.

Villada meyitləri tapılan 5 nəfərin cəsədi morqa aparılıb. Olay yerinə vəfat edənlərin çoxsaylı yaxınları gəlib. Meyitlər isə ekspertizadan keçirilməsi üçün morqa göndərilib.

Vəfat edənlərdən Lətif Əliyev Texniki Universitetin tələbəsi, onun kiçik qardaşı Atilla isə 11-ci sinif şagirdi imiş. Atilla Əliyev ABŞ universitetlərindən birinə hazırlaşırmış. Hadisə zamanı ölən digər 2 şəxs isə onların dostu imiş və qonaq gəlibmişlər.

Ölən yaşlı kişi isə villada təmir işləri aparan ustadır. Hazırda təmir işləri getdiyindən uşaqların valideynləri Sulutəpədəki evdə qalırmış.

Qeyd edək ki, vəfat edən Əliyev qardaşları və meyiti tapılan usta əslən Beyləqan rayonundandır. Digər 2 qardaş isə Yasamal rayonunda yaşayıb və əslən Şəmkir rayonundandırlar. Onların cənazələri bu gün ailələrinə təhvil veriləcək. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar