Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı hərbi ekspert: “Müharibə vaxtı “İsgəndər” Azərbaycana Ermənistandan atılıb”

“Qarabağ müharibəsi zamanı “İsgəndər” raketləri Dağlıq Qarabağdan deyil, Ermənistan ərazisindən Azərbaycandakı hədəflərə atılıb”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu rusiyalı hərbi ekspert Viktor Litovkin deyib.

O qeyd edib ki, Azərbaycanın hədəflərinə Ermənistandan “İsgəndər” raketlərinin atılması İrəvanla müttəfiq olan Rusiya ilə Azərbaycan, o cümlədən Türkiyə arasında müharibəyə səbəb ola bilərdi.

Ermənistanın Baş naziri Nikol Paşinyanın “İsgəndər” raketlərinin səmərəsizliyi ilə bağlı açıqlamasına münasibət bildirən ekspert hesab edir ki, bu, 2020-ci ilin payızında baş verən müharibədə bir dövlət rəhbəri olaraq Paşinyanın Dağlıq Qarabağın müdafiəsində şəxsi uğursuzluğunu və ya səriştəsizliyini ört-basdır etmək üçün həyasız cəhdidir.

Bundan əlavə, hərbi ekspert “İsgəndər” raketlərinin etibarlı silah olduğunu, ancaq onun döyüşə hazır vəziyyətdə saxlanılmasının vacibliyini vurğulayıb: “Ehtimal ki, döyüşə hazır vəziyyətdə saxlanılmayıb. Qarışıqlıq, Ermənistan Silahlı Qüvvələrində xidmətin düzgün qurulmaması, Ermənistanın raket bölmələrinin hərbçilərinin aşağı ixtisaslı olmaları əminliklə deməyə əsas verir ki, “İsgəndər” komplekslərini anbarlarda toz basıb, onlara lazımi texniki və reqlamentə uyğun xidmət göstərilməyib. “İsgəndər”lərin döyüşdə istifadəsi üçün təlimlər keçirilməyib və ya həmin təlimlər etinasızlıqla aparılıb”.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan yerli televiziya kanalına müsahibəsində keçmiş prezident Serj Sarqsyanın Qarabağ müharibəsinin ilk günlərində Ermənistanın “İsgəndər” raketlərindən istifadə etməməsi ilə bağlı ittihamlarına cavabında həmin raketlərindən istifadə olunduğunu, lakin onların əksəriyyətinin yararsız çıxdığını və partlamadığını bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar