Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyan Rusiyanın hərbi-sənaye kompleksinə elə zərbə vurdu ki...” - Moskvadan təhqir dolu açıqlamalar

"Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan alınan “İsgəndər” raketlərinin keyfiyyətsiz olduğunu və müharibə zamanı partlamadığını deyərkən, keçmiş prezident Serj Sərkisyanı hədəf alsa da, bu sözlərin hansı reaksiyalara səbəb olacağını hesablamalıydı".

PİA.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, bununla əslində Paşinyan öz generallarını pis vəziyyətdə qoyub:

"Birincisi, ö öz generallarını pis vəziyyətdə qoyub, onlar Paşinyanın açıqlamasına şərh verə bilmirlər. Bu anlaşılandır, desələr ki, “Paşinyan düz deyib” rusiyalı həmkarlarıyla üz-üzə qalacaqlar, əksini iddia etsələr isə baş nazirlərinin yalan dediyinə işarə vuracaqlar".

E.Şahinoğlu Rusiyadan da Ermənistanın baş nazirinin bu açıqlamasına qarşı kəskin tənqid, hətta təhqirlərin olduğunu və bu reaksiyanın gözlənildiyini vurğulayıb:

"Rusiyadan da Paşinyanın sözləri əleyhinə açıqlamaların sayı-hesabı yoxdur. Özü də Moskvadan səslənən açıqlamalar tənqid şəklində deyil, Paşinyanı təhqir formasında yayılır, onu kütbeyin, naşı adlandırırlar. Bu reaksiya da başa düşüləndir. Paşinyan bir açıqlamasıyla Rusiyanın hərbi-sənaye kompleksinə elə zərbə vurdu ki, bunun əks-sədası hələ uzun müddət eşidiləcək. Rusiyadan hərbi texnika almaq istəyən istənilən ölkə hər dəfə Paşinyanın “İsgəndər”lə bağlı açıqlamasını xatırlamaq məcburiyyətində qalacaq". 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar