Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ölkə yoxsulluğa tam qalib gəldi

Çin yoxsulluq üzərində tam qələbə qazanıb.

Bu barədə Çin Xalq Respublikasının sədri Si Tsinpin ölkənin yoxsulluğun aradan qaldırılması sahəsində qazandığı uğurlara həsr olunmuş iclasda bildirib.

"Çin Kommunist Partiyası və Çin xalqının səyləri sayəsində ölkəmiz yoxsulluq üzərində tam qələbə qazandı", - deyə o qeyd edib.

Çin Xalq Respublikasının sədri əlavə edib ki, 98,99 mln. kənd sakini yoxsulluq həddini keçib, 832 mahal və 128 min kənd yoxsul bölgələrdən çıxarılıb. Son 8 ildə Çin yoxsulluğa qarşı mübarizəyə təxminən 1,6 trln. yuan (246 mlrd. ABŞ dolları) sərmayə yatırıb.

Ötən ilin may ayında Çin ümumxalq iclasının 3-cü çağırışında 2020-ci ildə yoxsulluğa qarşı intensiv mübarizədə zəfər qazanmaq niyyətində olduğunu elan etmişdi.

"Orta sinif cəmiyyəti" termini ilk dəfə 1979-cu ildə "Çin islahatlarının memarı" Den Syaopin tərəfindən ölkəni modernləşdirmək məqsədi ilə tətbiq edilmişdi. Dünya Bankının məlumatına görə, son 40 ildə Çin 850 milyondan çox insanı yoxsulluqdan xilas edib. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar