Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda hərbi çevriliş... - Rusiya səbr kasasını dolduran Paşinyanı bu dəfə yola sala biləcəkmi?

Rəsmi Moskva Ermənistanda hərbi çevrilişə cəhdi pisləməkdən boyun qaçırıb. Bu isə o deməkdir ki, Moskvanın Paşinyanla bağlı səbr kasası artıq dolub və Rusiya əslində Ermənistandakı çevrilişi dəstəkləyir...

Politoloq: “Əgər bu gün Paşinyan hakimiyyətdə qala bilsə, onda orduda və siyasi elitada böyük “təmizləməyə” başlayacaq. Yəni Moskvanın Yeravandakı bütün əllərini kəsməyə çalışacaq və düşünürəm ki, bu proses davamlı olacaq”.

“Paşinyanın “İsgəndər”lərlə bağlı verdiyi açıqlama görünür ki, Rusiya hərbisi üçün səbr daşırıcı nöqtə oldu. Bu bəyanatın səsləndirilməsi də Rusiya hərbi dairələrinin Paşinyana barmaq silkələnməsidir”.

Bu sözləri politoloq Natiq Miri Ermənistandakı hərbi çevriliş cəhdi PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ermənistan ordusunun Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib. Bəyanat Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçaturyanın vəzifədən alınmasından sonra səsləndirilib. Paşinyanın istefası tələbi Baş Qərargah rəisi Onik Qasparyan da olmaqla 40-dan çox yüksək rütbəli hərbçi tərəfindən imzalanıb.

Son məlumatlara görə isə Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı da vəzifədən azad edib. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binasının önündə - Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxıb. O, hərbi çevriliş cəhdinin qarşısının alındığını açıqlayıb.

"Ermənistan ordusu mənə tabedir. Vəziyyət gərgindir, toqquşmalardan qaçmaq üçün razılığa gəlməliyik. Fikrimcə, hərbçilərin bəyanatı emosional reaksiya idi, vəziyyətə nəzarət edirik", - baş nazir bildirib.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı isə növbəti dəfə ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Bəyanatın heç kimin təzyiqi altında yazılmadığı vurğulanıb. Bir çox siyasi partiyalar, o cümlədən sabiq prezidentlət Köçəryan və Sarkisyan da hərbi qiyamı müdafiə edən bəyanatla çıxış ediblər. Ermənistan kilsəsi isə tərəfləri məsələni sülh yolu ilə həll etməyə çağırıb. Ermənistan prezidenti Armen Sarkisyan isə Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad olunaması ilə bağlı Paşinyanın təqdimatını imzalamır. O, bildirib ki, qarşıdurmanın sülh yolu ilə həllinə çalışır və bunun üçün yollar axtarır.

Hazırda Yeravanın Azadlıq Meydanında müxakifətin mitinqi keçirilır. Paşinyan isə Yeravanın mərkəzi küçələrində tərəfdarları ilə yürüş keçirməkdədir. Yeravan küçələrində isə Paşinyan tərəfdarları ilə müxaliflər arasında əlbəyaxa döyüşlər var. Paytaxtda vətəndaş qarşıdurması artmaqdadır.

Hərbiçilərin iki dəfə bəyanat verməsinə baxmayaraq, Ermənistan Polisi, Milli Təhlükəsizlik Xidməti, o cümlədən Baş prokurorkuq Paşinyanın və konstitutsiyanın tərəfində olduqlarını bəyan ediblər.

Yeravanda baş verənlərə ən maraqlı reaksiya isə Moskvadan gəlib. Kremlin sözçüsü Dmitri Peskov və Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildiriblər ki, baş verənlər Ermənistanın daxili işidir. Yəni rəsmi Moskva Ermənistanda hərbi çevrilişə cəhdi pisləməkdən boyun qaçırıb. Bu isə o deməkdir ki, Moskvanın Paşinyanla bağlı səbr kasası artıq dolub və Rusiya əslində Ermənistandakı çevrilişi dəstəkləyir.

Hazırda Ermənistanın siyasi və hərbi elitasında yaranmış vəziyyəti necə dəyərləndirmək olar və Ermənistanda hərbiçilərin hakimiyyətə gəlməsinə ehtimal vermək olar? Ümumiyyətlə bu proserslər hara qədər gedib çıxa bilər?

Ermənistandakı vəziyyəti PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu məsələ təkcə Ermənistan ordusunda baş verən hadisə deyil. Bu məsələnin arxasında ciddi qüvvələr var”.

Artıq bundan sonra nələrin, hansı hadisələrin olacağını proqnozlaşdırmağın çətin olduğunu qeyd edən politoloq PİA.az-a bildirib ki, Ermənistan ictimaiyyəti tərəfindən bu gün erməni hərbi elitası, ayrıca “Qarabağ klanı” və Rusiyanın müdafiə etdiyi siyasətçilər qəbul edilmir və onların siyasətləri də bəyənilmir:

Ermənistan ordusunun, xüsusilə də hərbi rəhbərliyin belə bir bəyanat verməsi və sonradan bəyanatı təkrar etmələri artıq Ermənistanda vəziyyətin çox ciddi şəkildə almasından xəbər verir. Əvvələr bu günə qədər Paşinyanı istefa zorlamaq istəyənlərin fəaliyyətində yalnız siyasi çalarlar var idisə, artıq bu məsələ güc, hədələmək yolu ilə həyata keçirilmək istənilir.

Düşünürəm ki, bu məsələ təkcə Ermənistan ordusunda baş verən hadisə deyil. Bu məsələnin arxasında ciddi qüvvələr var. Qüvvələrin səhnə arxasında da bilavasitə Rusiya hakimiyyətində olan müəyyən qüvvələr də var. Birmənalı demək olmaz ki, Paşinyanın getməsini Kreml istəyir. Amma Rusiya hakimiyyətində də ciddi siyasi mübarizə getdiyi üçün bu gün Paşinyanın hakimiyyətdən getməsini və yeni Rusiyayönlü hakimiyyətin formalaşmasını Rusiya hakimiyyətində istəyən xüsusi şəbəkələr mövcuddur və bu şəbəkələr öz imkanları ilə çox güclüdürlər.

Bildiyimiz kimi Ermənistanın ordusunda, hətta Baş Qərargahda fəaliyyət göstərən istənilən yüksək rütbəli zabit bilavasitə Rusiya Müdafiə Nazirliyinə və yaxud da hərbi əks kəffiyyatla (QRU) əlaqəli şəxslərdir. Bu generalaların da böyük əksəriyyəti Rusiyada təhsil almış insanlardır. Buna görə də düşünürəm ki, bu gün Rusiyanın Ermənistan ordusuna təsir imkanları böyükdür. Belə bəyanatın verilməsi də sıradan hadisə deyil. Düşünürəm ki, bu əvvəlcədən hazırlanmış addımdır.

Natiq Miri: “Köçəryan Moskvadan qayıdandan sonra böyük siyasətə qayıdışını elan etdi. Bundan sonra ciddi etirazların başlayacağını, seçkidə iştirak edəcəyini və qalib gələcəyini bəyan etdi”.

Çox maraqlıdır ki, Köçəryan Moskvadan qayıdandan sonra bu məsələ artan xətlə inkişaf edir. Bildiyimiz kimi Köçəryan Moskvadan qayıdandan sonra böyük siyasətə qayıdışını elan etdi. Bundan sonra ciddi etirazların başlayacağını, seçkidə iştirak edəcəyini və qalib gələcəyini bəyan etdi.

Hesab edirəm ki, bu cür hərbi bəyanatın verilməsi isə hansısa mərkəzdən idarə olunur. Bir məqamı da nəzərdən qaçırmaq olmaz. Dünən Ermənistanın baş naziri Paşinyan Rusiya silahlarını aşağılayıcı açıqlama verdi. Rusiyanın ən məşhur hücum raket sistemlərindən olan “İsgəndər” raketlərini demək olar ki, dünya miqyasında yerdən-yerə vurdu. Rusiya silahlarının nə qədər yarasız olduğunu müharibədə məğlub olmuş Ali Baş Komandan və baş nazir dilə gətirdi. Bu Rusiyanın üzünə vurulan sillə kimi bir açıqlama idi və Rusiyanın buna dözməyəcəyi elə dünəndən bəlli idi. Ona görə də hadisələr özünü çox gözlətmədi.

Maraqlıdır ki, Paşinyanın bu açıqlamasından sonra etirazlar Rusiya hakimiyyəti səviyyəsində olmasa da, müəyyən siyasi, hərbi ekspertlər səviyyəsində Paşinyan Rusiya mediasında aşağılandı. Bunun ardınca isə Ermənistan mediasında, xüsusilə də erməni ordusunda Paşinyanı aşağılayacaq açıqlamalar gəldi.

Bu gün Ermənistanın elitasında Paşinyanın istefası ilə bağlı səsləndirilən bəyanat da bu prosesin tərkib hissəsidir. Bunların hamısı eyni mərkəzdən, eyni hadisəyə yönəlik atılmış addımlardır. Buna görə də mən Ermənistan hərbi elitasının bu cür bəyanat verməsini təsadüf saymıram. Paşinyanın “İsgəndər”lərlə bağlı verdiyi açıqlama görünür ki, Rusiya hərbisi üçün səbr daşırıcı nöqtə oldu. Bu bəyanatın səsləndirilməsi də Rusiya hərbi dairələrinin Paşinyana barmaq silkələnməsidir.

Natiq Miri: “Bu bəyanatın səsləndirilməsi də Rusiya hərbi dairələrinin Paşinyana barmaq silkələnməsidir”.

Artıq bundan sonra nələr, hansı hadisələrin olacağını proqnozlaşdırmaq çətindir. Çünki Ermənistan ictimaiyyətində bu gün erməni hərbi elitası, ayrıca Qarabağ klanı və Rusiyanın müdafiə etdiyi siyasətçilər qəbul edilmir. Ermənistan ictimaiyyəti Qarabağ müharibəsinin məğlubiyyətində Paşinyan hökümətindən daha çox Rusiyanı günahlandırır. Buna görə də Ermənistan ictimai rəyi getdikcə Qərbə inteqrasiyadan yana mövqe ortaya qoyurlar.

Bütün bunlara görə demək olmur ki, hərbi elita Paşinyanın istefasına nail ola biləcək, yoxsa yox. Paşinyan artıq istefa verməyəcəyini bəyan edib və əgər bu gün Paşinyan hakimiyyətdə qala bilsə, onda orduda və siyasi elitada böyük “təmizləməyə” başlayacaq. Yəni Moskvanın Yeravandakı bütün əllərini kəsməyə çalışacaq və düşünürəm ki, bu proses davamlı olacaq.

İctimaiyyətin yarısı da Paşinyan hökümətini müdafiə etdiyi üçün bu gün Paşinyan hökümətinə qarşı ordunun birmənalı olaraq çıxması da hansı effekti verəcəyini bəri başdan proqnozlaşdırmaq çox çətindir. Çünki bu gün hərbçinin xalqdan dəstəyi mövcud deyil. Həmçinin də hərbidə korrupsiya və xoşagəlməz hadisələr saysız-hesabsızdır. Buna görə də Ermənistan xalqı ordudan narazıdır.

Bu məsələdə tələsməyək ehtiyac yoxdur. Yaxın günlərdə hadisələrin hansı məcraya yönəlik inkişaf edəcəyini görəcəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket: Çevriliş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar