Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır

Azərbaycanın Milli Aviadaşıyıcısı martın 8-dən Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq.

Azərbaycan Hava Yolları” qeyd olunan marşrut üzrə həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri müntəzəm reyslər icra edəcək. Uçuşlar “Borispol” hava limanına həyata keçiriləcək.

Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, sərnişinlər biletləri www.azal.az saytı vasitəsilə əldə edə, habelə mövcud cədvəllə tanış ola bilərlər.

Bakı-Kiyev istiqaməti üzrə reysin sərnişinləri:

- Ukrayna ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Ukraynaya giriş qaydaları aviaşirkətin saytında təqdim olunmuşdu. Bu keçiddən istifadə edin: https://www.azal.az/az/information/covid-ukraine

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc olunmuşdu: https://www.azal.az/az/information/covid-clinics

Kiyev-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnu yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan;

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kod da göstərilməlidir, həmin kod qeydiyyat masalarında yoxlanılacaq.

Kiyevdə koronavirus infeksiyasına (COVID-19) dair testdən bu səhifədə qeyd olunan klinikaların birində keçə bilərsiniz. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə bu siyahı daha da artacaqdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reslərin sərnişinləri testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində etibarlı olub olmasından əmin olmalıdırlar.

Eyni zamanda, pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış ola bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar