Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İrəvanda hər şey rusların qərarından asılı olacaq” - Kreml Paşinyanı qorxutmaq istəyir

PİA.az professor, siyasi analitik Əli Abbasovla müsahibəni təqdim edir:

- Əli müəllim, Ermənistanda nə baş verir?

- Robert Köçəryanın Moskvaya son səfərindən sonra Ermənistanda Nikol Paşinyana qarşı aktivləşmə müşahidə olundu. Görünən odur ki, Köçəryan orada müəyyən danışıqlar aparıb.

Bu tərəfdən isə Nikol Paşinyan Serj Sərkisyana cavab zamanı “İsgəndər” raket sistemlərindən danışıb, bu silahların partlamadığını qeyd edib. Bununla da Moskvanı əsəbiləşdirib. Ruslar buna kəskin reaksiya veriblər. Nəticədə bu gün Ermənistan Baş Qərargahı Paşinyana hakimiyyəti təhvil vermək üçün ultimatum verib. Hazırda gərgin durum yaranıb.

- Artıq Paşinyan meydana çıxıb, tərəfdarlarını da küçələrə çıxmağa səsləyib. Bu, ona qarşı baş verə biləcək çevriliş cəhdinin qarşısını ala bilərmi?

- Meydanda olması yaxşıdır. Bu onu göstərir ki, Paşinyan müqavimət göstərəcək. Əslində onun başqa yolu da yoxdur.

- Çevriliş ehtimalı nə dərəcədə realdır?

- Artıq proses başlanıb. Bunun hansı ana qədər inkişaf edəcəyi məsələsi var. Üstəlik ruslardan çox şey asılıdır. Bir var Nikol Paşinyanı qorxutmaq, bir də var ona qarşı güc nümayiş etdirmək. Bunlar fərqli hallardır.

- Paşinyanın erməni cəmiyyəti daxilində dəstək resursu nə dərəcədə sabitdir?

- Əvvəlki qədər olmasa da, dəstəyi qalıb. Problem ondadır ki, əgər Paşinyan gedəcəksə, bu zaman “Qarabağ” klanı yenidən hakimiyyətə qayıdacaq. Ermənistan erməniləri isə bunu qəti istəmir.

- Rusların xəbəri olmadan Ermənistanda belə proses baş verə bilərmi?

- Rusların xəbərləri var. Amma ehtimal edirəm ki, onlar son qərarı verməyiblər. Ola bilsin ki, hələlik Paşinyanı qorxutmaq məqsədi güdülür. Sadəcə Ermənistanda qeyri-stabillik elə səviyyədədir ki, hər şey ola bilər.

- Paşinyanın fiziki cəhətdən məhv olunması təhlükəsi varmı?

- Ermənistan mediasında bu kimi yazılara vaxtında rast gəlinib. Digər tərəfdən, müxalifət başa düşür ki, problem bir nəfərdə-Paşinyandadır. Əgər onu oradan götürmək mümkün olarsa, bu zaman yollar açılır. Bir daha qeyd edim ki, Paşinyana sui-qəsdlə bağlı informasiyalar bir neçə gün əvvəl mediada müzakirə edilmişdi. Buna təsadüf kimi yanaşmaq da doğru deyil.

- İndi həm müxalifətin, həm də hakimiyyətin tərəfdarları küçələrə çıxıblar. Qan tökülə bilərmi?

- Ən pis halda dava ola bilər. Qan tökülmə ehtimalını görmürəm.

- Ermənistan ordusu tam heyətlə Paşinyana qarşıdır, yoxsa söhbət yüksək çinli generallardan gedir?

- Problem ondadır ki, ordu rəhbərliyi əmr verəndə əsgər buna tabe olmalıdır. Əgər belə olmasa, tam başqa situasiya ortaya çıxacaq. Bir qədər gözləmək lazımdır. Çox gümün ki, bu gün və ya sabah vəziyyət daha aydın formada ortaya çıxacaq.

- Hazırda Paşinyanın devrilməsi Rusiyanın maraqlarına uyğundurmu?

- Əgər Köçəryan Moskvada hansısa vəd və sözlər veribsə, mümkündür ki, rusların mövqeyində dəyişiklik olub. Amma bunu demək çətindir. Güman ki, burada bir neçə istiqamətdə siyasət aparılır, eləcə də bir neçə insandan istifadə edirlər. O cümlədən Köçəryandan. Həm də belə situasiya olanda tərəflər daha çox vədlər, güzəştlərə hazır olur. Ruslar belə halda daha çox güzəştlər əldə edə bilər.

- Sizcə, bütün bu proseslərin səbəbi Paşinyanın “İsgəndər” kompleksləri ilə bağlı bəyanatının nəticəsidir?

- Yox. Məncə, bundan sadəcə istifadə etdilər. Yəni “İsgəndər” raketləri sadəcə bəhanə oldu. Paşinyan nəsə deməli, cavab verməli idi. Onun da cavabı çox ağır oldu.

Paşinyan nə qədər hakimiyyətdə qalsa, bir o qədər bizim üçün yaxşıdır. (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar