Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanın “İsgəndər” tətbiq etdiyini görməmişik, bu boş sözdür...”

Prezident İlham Əliyev bu gün keçirdiyi geniş mətbuat konfransında Ermənistanın ikinci Qarabağ müharibəsinin gedişində “İsgəndər” operativ-taktiki raket komplekslərini tətbiq etməsi haqda hazırda bu ölkədə ciddi siyasi çaxnaşmaya səbəb olmuş mövzu haqda da danışıb. Prezident bildirib ki, Ermənistan müharibədə bu raketləri tətbiq etməyib, Azərbaycan tərəfi bunu görməyib və qeydə almayıb.

Sitat: “O ki qaldı Ermənistan baş nazirinin “İsgəndər” raket kompleksi ilə bağlı bəyanatlarına, o, bizdə də suallar doğurub. Mən bunu ironiyalaşdırmaq istəməzdim. Bu məsələyə istər Rusiyanın rəsmi şəxsləri, istər parlament üzvləri, istərsə də ekspertlər tərəfindən kifayət qədər şərh verilib ki, raketin 10% partlaması üçün gərək xeyli çalışasan. Biz “İsgəndər” raketinin atılmasını görməmişik. Ona görə bu bəyanat səsləndiriləndə ötən gün biz yenə də maraqlandıq, ancaq yox, biz bunu görməmişik. Bu sadəcə publik şəkildə deyilmiş boş söz idi”, - Prezident qeyd edib.

İlham Əliyev deyib ki, hərbi əməliyyatların gedişində Rusiya prezident Vladimir Putinlə təmasları zamanı “İsgəndər” raketlərinin Ermənistandan götürülməsinə çağırmışdı.

“Hələ bu raketlər Ermənistana veriləndə mən bildirmişdim ki, bu düzgün addım deyil, çünki regionda sülhə və stabilliyə xidmət etmir, bunlar bizi çəkindirə bilməz. Və müharibə vaxtı mən Rusiya tərəfinə təklif edirdim ki, “İsgəndər”ləri geri götürsünlər, hələ də bu mövqeyimdə qalıram”,-Azərbaycan prezidenti bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar