Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: “Rusiya sülhməramlıları o qədər də ciddi addımlar atmır”

“10 noyabrda imzalanmış bəyanatda göstərilən əsas məsələlərdən biri Ağdam, KəlbəcərLaçın rayonlarının bizə qaytarılması idi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, buna biz nail olduq: “1 dekabr tarixində bu bölgələr bizə qayıtdı. Eyni zamanda bəyanatda göstərilən digər məsələlərlə bağlı hesab edirəm ki, müsbət addımlar atılır. Bəzi məsələlər təbii olaraq hələ ki, icra edilmir. Onlar üçün müəyyən zaman lazımdır. Amma prinsip etibari ilə məsələ hesab edirəm ki, müsbət istiqamətdə gedir”.

Prezident bildirib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsi də bu istiqamətdə atılmış çox önəmli addımdır: “Mən əminəm ki, bu monitorinq mərkəzi vasitəsi ilə bölgədə sabitlik və atəşkəs rejiminin möhkəmləndirilməsi işinə böyük töhfə veriləcək. Azərbaycan Prezidenti olaraq bildirmək istəyirəm ki, Azərbaycan tərəfindən hər hansı bir aqressiv addım atılmayacaq. Biz bunu heç vaxt etməmişdik və bu gün buna ehtiyac yoxdur. Ona görə 10 noyabr bəyanatı prinsip etibarilə icra edilir. Bəzi məsələlər var ki, 10 noyabr bəyanatında öz əksini tapmayıb, amma ondan sonrakı dövrdə razılaşdırılıb. Bu məsələlərin bir qismi icra edilir, bir qismi isə hələ ki, icra edilmir. Bəzi məsələlər var ki, Rusiyanın sülhməramlı qüvvələri bizim ərazimizə əcnəbi vətəndaşların buraxılmamasında o qədər də ciddi addımlar atmırlar. Bu bizi narahat edir. Bu narahatlığı da biz Rusiya tərəfinə çatdırırıq və əminəm ki, vaxt keçdikcə bu məsələlər də tənzimlənəcək”.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar