Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə Azərbaycanın münasibətini açıqlayıb

“Biz Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk. Eyni zamanda, Ermənistanla sərhədlərin bağlı olması əlbəttə ki, qardaşlıq rəmzi idi, qardaşlıq addımı idi. Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə bağlamışdır, Kəlbəcər işğal altına düşəndən sonra, məhz buna görə. O vaxta qədər Türkiyə ilə Ermənistan arasında sərhədlər açıq idi və Türkiyə Ermənistanı rəsmən tanıyan ilk ölkələrdən biri olub. Ermənistanın müstəqilliyinin ilk günlərindən Türkiyə Ermənistanla normal münasibətlər qurmaq fikrində idi. Əfsuslar olsun ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü idi və bu gün də bu, davam edir”.

PİA.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, Türkiyəfobiya orada rəsmi ideologiyaya çevrilib: “Türkiyə və Azərbaycanı onlar hər zaman düşmən sayıblar. Sərhədlərin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik idi. İndi münaqişə başa çatdı, Azərbaycan öz torpaq bütövlüyünü bərpa etdi. Əlbəttə ki, bölgədə yeni vəziyyət yaranmışdır. Ancaq eyni zamanda, Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Baxın, müharibədən əvvəl Ermənistanın Prezidenti nə deyirdi? Söyləyirdi ki, Sevr müqaviləsinə yenidən baxılmalıdır, yəni Türkiyəyə ərazi iddiası var. Ermənistanın Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Onlar bundan əl çəkməlidirlər. Bütün dünyaya Türkiyəyə qarşı çirkin kampaniya aparırlar. Dırnaqarası soyqırımı müxtəlif ölkələrin parlamentlərində qəbul elətdirirlər. Belə düşmənçilik, siyasət nə qədər davam edə bilər? Onlar, necə deyərlər, ağlını başına yığmalıdır. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsddir, axmaqlıqdır. Biz, əlbəttə ki, yeni vəziyyəti nəzərə alaraq, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da müsbət baxırıq. Bu münasibətlərin normallaşması üçün bizim hər hansı indi bir xüsusi fikrimiz yoxdur”. Dövlət başçısı bildirib ki, Türkiyə bu sərhədlərin nə vaxt açıla biləcəyini, münasibətlərin nə vaxt normallaşa biləcəyini özü müəyyən edəcək: “Hər halda Azərbaycan tərəfindən buna hər hansı mənfi fikir bildirilməyəcək. Çünki hesab edirəm ki, bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Baxın, biz indi nədən danışırıq? Ermənistan-Azərbaycan sərhədinin açılmasından bəhs edirik. Yəni, Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına təbii ki, ehtiyac qalmır. Əgər koridorlardan bəhs ediriksə, Zəngəzur koridorunu gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Amma bu, təbii ki, Türkiyənin öz qərarından asılıdır. Hər halda bir halda ki, siz məndən bunu soruşursunuz, Azərbaycan tərəfindən bu məsələ ilə bağlı hər hansı bir xüsusi mövqe yoxdur. Bir də ki Türkiyənin xeyrinə nə olacaqsa, bu, bizim də xeyrimizədir”. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar