Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ƏƏSMN: Bu il sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 61 e-xidməti fəaliyyət göstərir. Onlardan 34-ü proaktiv xidmətlərdir. Eyni zamanda son iki ildə 30-dək e-arayış xidməti də istifadəyə verilib.

PİA.az xəbər verir ki, bu barədə Nazirlikdə sosial sahədə İT texnologiyalarının tətbiqi proqramının icrasına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirilib.

Vurğulanıb ki, dövlət xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqları sosial sahədə də uğurla icra olunur. Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron infrastrukturunun qurulması, bu sahələrdə proaktiv xidmətlərin yaradılması sahəsində mühüm işlər aparılır.

Son iki ildə pensiya, sosial müavinət və təqaüdlərin təyinatı, həmçinin sosial sığıorta sahəsində xidmətlər elektronlaşdırılıb. Ötən il sosial təminat növləri üzrə 95 min təyinat və 190 minə yaxın fərdi hesabın açılması proaktiv qaydada həyata keçirilib. Nazirliyin e-xidmətlərinə isə ötən il 13 milyon 62 min 408 müraciət qeydə alınıb. Həmçinin 2020-ci ildə Nazirliyin fəaliyyət sahələri üzrə elektron arayış xidmətləri vasitəsilə 535 min 159 arayış verilib. “E-sosial” portalına müraciətlərin sayı isə ötən il 41,8 milyondan çox olub.

Bu il də elektron xidmətlərin yaradılması işləri geniş vüsət alacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinin sayının 100-ə çatdırılması hədəflənir ki, nəticədə qurumun 132 xidmətindən artıq 76%-ə qədərinin elektronlaşması təmin olunacaq.

İclasda elektronlaşdırma proqramı üzrə qarşıda duran vəzifələr müzakirə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar