Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Paşinyanla təmaslarından danışdı: “Biz təsadüfən 1 dəqiqə liftdə olduq...”  

“Mənim Paşinyanla təmaslarım o vaxt sona çatdı ki, o təxribatçı bəyanatlar verdi, mən onları artıq səsləndirdim. Ondan əvvəl o, 2019-cu ildə Düşənbə şəhərində belə bir təmasın təşəbbüskarı oldu. Həmin siyasətçilər Ermənistanda bu gün onu “lift diplomatiyası” ilə məşğul olmaqda ittiham edirlər. Amma gülünc bir vəziyyətdir. Biz təsadüfən 1 dəqiqə ərzində liftdə olduq, yəni, görüşə gedərkən bir mərtəbədən digər mərtəbəyə qalxdıq. Liftdə bir dəqiqə ərzində bu adam hansı diplomatiya ilə məşğul ola bilərdi?”.

PİA.az bildirir ki, bunları Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında “TRT World” təmsilçisinin “Sizin Nikol Paşinyanla rəsmi təmaslarınız olubmu və hazırda birbaşa təmasınız varmı”, sualına cavab verərkən deyib.

Azərbaycan liderinin sözlərinə görə, Düşənbə şəhərində N.Paşinyan ona təklif edib və söz verib ki, atəşkəsə riayət edəcək, münaqişənin başa çatdırılması üçün səylər göstərəcək: 

“Mən dedim olsun. Sonra bizim nümayəndələr arasında birbaşa təmaslar yarandı və təmas xəttində hər hansı bir hadisə baş verəndə qarşılıqlı olaraq məlumat mübadiləsi baş tuturdu. Sonra Paşinyan özü qeyd edirdi ki, təmas xəttində bu qədər dinc vəziyyət mövcud deyildi. Nəyə görə? Çünki o, məndən xahiş etmişdi bunu və mən hesab etdim ki, bu, sülhə töhfə verəcək.

Mən hesab edirdim ki, o, öz sələflərinin səhvlərini təkrar etməyəcək, siyasətini dəyişəcək. Ancaq o, mənim jestimi yanlış dəyərləndirdi. O, bunu zəiflik əlaməti kimi gördü, halbuki bu, güc əlaməti idi, böyüklük əlaməti idi.

Sonra da onun Şuşadakı məlum rəqsi və məlum bəyanatları bizim təmaslara son qoydu.

Əlbəttə, müharibə zamanı də bizim heç bir təmasımız ola bilməzdi.

Biz Moskvada Prezident Putinin dəvəti ilə yanvar ayında üçtərəfli görüş keçirdik. Bu, üçtərəfli görüş idi və bizim ikitərəfli hər hansı bir əlaqəmiz olmayıb və təmasımız da olmayıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar