Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran problemi necə həll edilməlidir? Ərbil hücumu Bayden adminstrasiyası üçün ilk real sınaq oldu...

Baydenin komandası Reyqanın təcrübəsindən öyrənməlidir və İranla danışıqlar aparmalı, ancaq Tehranın Yaxın Şərqə təsirini nəzarətə götürmək üçün tərəfdaşlarla regional dialoq da qurmalıdır...

Robert Ford
“The Independent” qəzeti, 25 fevral 2021-ci il

Təcrübəli bir ABŞ analitiki 15 fevralda Ərbilə edilən raket hücumunu prezident Co Bayden administrasiyasının etibarlılığı üçün ilk sınaq olaraq xarakterizə edib. Makyl Nayts və bəzi digər ABŞ analitikləri hücumun arxasında İran tərəfdarı İraq milislərinin dayandığını düşünürlər.

Bu səbəbdən, İraq milisləri ABŞ qüvvələrinə qarşı hücumlarını dayandırana qədər Bayden adminstrasiyasının nüvə proqramını İran hökuməti ilə müzakirə etməkdən imtina etməsi üçün çağırış edənlər də var.

Lakin bunun əvəzinə, Dövlət Katibinin müşaviri 18 fevralda İran da daxil olmaqla, 2015-ci il nüvə razılaşmasına tərəf olan bütün ölkələrin nümayəndələrini birləşdirəcək toplantıda öz ölkəsinin də iştirak edəcəyini bildirib.

Həmçinin, Baydenin komandası Tramp administrasiyasının Nyu-Yorkda BMT-nin iranlı diplomatlara tətbiq etdiyi səyahət məhdudiyyətlərini də ləğv edib.

Bundan əlavə, Vaşinqton, BMT-nin İrana qarşı Tramp dövründə başlayan bütün sanksiyalarını yenidən tətbiq etmək cəhdlərini dayandıracağını açıqlayıb.

Bu məqamda Rusiya, Çin və Avropanın sanksiyaların yenidən tətbiqi ilə bağlı ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun önə sürdüyü təklifləri rədd etdiyini unutmayaq.

Bayden adminstrasiyasının bu iki addımı Tehrana qarşı iki kiçik siqnal kimi qəbul edilir. Lakin İran ilk böyük addımı atmış və 2015-ci il müqaviləsində nəzərdə tutulduğu kimi, Vaşinqton sanksiyaları qaldırmazdan əvvəl Tehran nüvə pozuntularını dayandırması məsələsində israr etməyə davam etmişdi.

Bu vəziyyətdə ortaya belə bir sual çıxır: Bayden niyə Ərbil hadisəsindən sonra Tehrana sərt bir mesaj göndərmədi və niyə iranpərəst milislərə qarşı daha güclü bir mövqe nümayiş etdirmir?

Bunun arxasında iki əsas səbəb var. Birincisi, Tramp administrasiyasından fərqli olaraq, Baydenin komandası ox yaxşı başa düşür ki, iraqlılar İranABŞ arasındakı müharibənin ortasında qalmaq istəmirlər. Bunu İraq Baş naziri Mustafa əl-Kazımi bunu dəfələrlə dilə gətirib. Bağdad küçələrindəki nümayişlər də bunu bir daha təsdiqləyir.

Tramp adminstrasiyasından fərqli olaraq, indi məsələnin ABŞ-ın İraqdakı hərbi varlığı ilə deyil, dövlətin nüfuzunu qorumaqla bağlı olduğunu göstərmək üçün Bağdaddakı mərkəzi hökumətin tədricən milisləri nəzarət altına almasına icazə verməyin daha uyğun olduğunu başa düşən bir ABŞ administrasiyası var. Artıq aydın görünür ki, iranpərəst milislər də İraqdakı etibarlılıqlarını tədricən itirirlər.

İraqda atılan ümidverici addımlardan biri də 15 fevralda İraq hökuməti tərəfindən Bağdaddakı “Bədr Təşkilatı”, “Hizbullah Briqadaları” və “Əsaib Əhlil Haqq” milisləri ilə birbaşa əlaqəli olan “ölüm dəstəsi” üzvlərini həbs etməsidir.

“Milis” probleminin uzunmüddətli həllinin bir hissəsi olaraq, Vaşinqton və NATO indi İraq hökumətinin təhlükəsizlik qüvvələrini gücləndirməsinə və İraq dövlətinin nüfuzunu bərpa etməsinə kömək etməlidir.

Baydenin İranla nüvə proqramı məsələsində dialoqa girməsinin ikinci səbəbi isə İraqdakı İran tərəfdarı milislərin nüvə təhdidi xaricində, həm də İranın səbəb olduğu daha böyük regional təhdidin bir hissəsi olmalarıdır.

İraqlılar “milis” problemini öz ərazilərində həll etməlidirlər, lakin Suriyada İran milisləri olduğu kimi Livan, Suriya və Yəməndə də, əlbəttə ki, İranla əlaqəli milislər var.

ABŞ bu milislərin Yaxın Şərqə yayılması ilə bağlı İranla danışıqlar apara bilməz. Bəs İranın regional təhlükəsi ilə bağlı müzakirələrdə kimlər iştirak etməlidir? Ağ Evin milli təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sullivan 3 yanvarda CNN-ə bildirib ki, İranla nüvə proqramı üzrə danışıqlar aparan “5 + 1” qrupundan başqa, yeni və geniş bir dialoq kanalı açılmalıdır.

Burada qeyd etmək lazımdır ki, Bayden adminstrasiyası Körfəz ölkələrini İranla bir dialoq kanalı açmağa təşviq edib. Ancaq İran və Körfəz ölkələri arasında bir dialoq kanalının açılması yalnız başlanğıcdır. Çünki Körfəz Əməkdaşlıq Şurasının ölkələri İranla təkcə Suriya, Livan və İraq mövzusunda danışıqlar apara bilməzlər.

Bu müzakirələrin sonu necə olacaq bilmirəm, amma düşünürəm ki, bu məsələ İraqSuriya hökumətləri, İsrail, çox güman ki, Türkiyəni və digər ölkələri də əhatə etməlidir. Ancaq, görünür, Baydenin komandası son 4 ildə maksimum təzyiq siyasətinin İranın nüvə proqramını dayandırmayacağını və danışıqların başlamasını gözləməyin də bir bədəli olduğunu başa düşüb.

“Yale” Universitetindəki mühazirələrimdə tələbələrimə həm ABŞ-da, həm də Sovet İttifaqında bir sıra nüvə raketləri sinfini tamamilə ləğv edən 1987-ci il Nüvə Silahları Müqaviləsindən danışıram. Həmin dövrdə prezident Ronald Reyqan Sovet rejiminə qarşı güclü bir nifrət duyur və onun beynəlxalq təsirini azaltmaq üçün əlindən gələni edirdi. Yəqin ki, prezident Reyqanın Sovet İttifaqına qarşı siyasətlərində mülayim olduğunu düşünən bir tarixçi olmaz.

Buna baxmayaraq, Reyqan ölkəsinin mənfəətinin hər iki tərəfdəki nüvə bazasını sinifləndirmək üçün Moskva ilə bir razılaşma imzalamaqdan asılı olduğunu başa düşdü və bu səbəbdən, dialoqlara getdi.

Digər tərəfdən, Trampın İrana qarşı apardığı siyasətlərin də nəticələrini görürük. Baydenin komandası Reyqanın təcrübəsindən həm İranın təsirinə nəzarət etmək, regional dialoqu inşa etmək üçün çalışmağı, həm də İranla müzakirənin vacibliyini nümunə götürə bilər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: İran İraq Bayden

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar