Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarşımızda çox iddialı bir hədəf var” - Mikayıl Cabbarov

“Mart ayının 1-dən etibarən Türkiyə ilə Azərbaycan arasında qüvvəyə minən preferensial ticarət sazişi ölkələrimiz arasında olan ticarət əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcək”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərlotereya”nın Türkiyənin “Demirören Holding” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilənin imzalanma mərasimində deyib.

“İki gün sonra biz ikitərəfli münasibətlərimizdə daha bir əlamətdar tarixi yaşayacağıq. Bizim qarşımızda çox iddialı bir hədəf var. 2025-ci il üçün ticarət dövriyyəmizi 15 milyard dollara çatdırmalıyıq”, - deyə nazir əlavə edib.

Mikayıl Cabbarov bildirib ki, “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam dövlət şirkətlərinin fəaliyyətinin yenidən qurulması çərçivəsində qəbul olunmuş mühüm qərarlardandır.

Onun sözlərinə görə, müqavilənin imzalanması ölkəmizdə dövlət müəssisələrinin fəaliyyətində səmərəliliyin və rəqabət qabiliyyətinin artırılması, kölgə iqtisadiyyatının azaldılması istiqamətində atılan növbəti addımdır. Həmçinin, xarici investorların cəlbi “Azərlotereya”nın fəaliyyətini əsaslı şəkildə dəyişəcək, iqtisadi səmərəsini artıracaq.

Nazir onu da diqqətə çatdırıb ki, Türkiyə Azərbaycan iqtisadiyyatında 11 milyard manat sərmayə qoyuluşu ilə fəal rol oynayır.

Qeyd edək ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Demirören Holding” şirkəti arasında imzalanan müqaviləyə əsasən, “Azərlotereya” ASC tərəfdaşa 10 il müddətində icarəyə veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar