Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı” kafesində atışma - Hesablaşmada 60-a yaxın adam iştirak edib

“Bakı” kafesində 90-cı illərə xas “razborka”...

Sankt-Peterburqun Şlisselburq rayonunda yerləşən “Bakı” kafesində fevralın 25-də axşam baş vermiş silahlı "razborka”ya görə 5 nəfər tutulub.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, polis azərbaycanlılar arasında baş vermiş həmin qanlı hesablaşmanın səbəblərini də açıqlayıb.

Həmin insidentdə bir azərbaycanlı aldığı güllə yarasından ölüb. Rusiya DİN-in Leninqrad vilayəti üzrə daxili işlər idarəsindən verilən məlumata görə, həmin gün axşam bir-birinə düşmən olan iki azərbaycanlı qruplaşma arasında kafedə görüş olub. Görüşdə məqsəd bazarda nüfuz bölgüsünü və iqtisadi məsələləri müzakirə etmək idi. Lakin diskussiya heç də dinc keməyib, hesablaşma silahlı qarşıdurmaya çevrilib və iştirakçılardan biri aldığı güllə yarasından ölüb. Digəri ağır yaralanıb.

Öldürülən şəxs Lənkəranın Avrora kəndinin sakini olan 39 yaşlı Qabil Rəşidovdur. O, son vaxtlar Peterburqun Soldat Korzun küçəsində yaşayırmış. Yaralanan şəxsin isə 34 yaşı var, güllə onun qabırğasından dəyib. Həmyerliləri onu həmin vaxt təsadüfən yaxınlıqdakı mağazaya gələn kuryerin köməyi ilə xəstəxanaya çatdırıblar. Kuryer yaralını Canelidze adına xəstəxanaya çatdırdıqdan sonra hadisə haqda polisə məlumat verib.

Hesablaşmada cəmi 60-a yaxın adam iştirak edib. Polis bunu ötən əsrin 90-cı illərində Peteburqda kriminal qruplaşmalar arasında baş vermiş qanlı hesablaşmalarla müqayisə edir. Sonradan hesablaşmanın 20-yə yaxın iştirakçısı tutulub, onlardan 5-i barəsində həbs qərarı verilib. Həmin “beşliyə” qarşıdurmanın baş verdiyi “Bakı” kafesinin sahibi də daxildir.

“Onların hamısı Qafqaz əsillidirlər, 4-nün Rusiya vətəndaşlığı var. Saxlanılarkən onlardan bir neçə vahid odlu silah da götürülüb”,-polis bildirir.

Polis həbs olunanların evlərində axtarışlar aparıb və bütöv silah arsenalı aşkar edib. Qətl, qanunsuz odlu silah saxlama və gəzdirmə, silah tətbiqi ilə müşaiyət olunan xuliqanlıq maddələri ilə qaldırılmış cinayət işi çərçivəsində aparılan axtarış zamanı şübhəlilərin evlərindən “Kalaşnikov” avtomatları, tapançalar və onlarla qutu patron, doldurulmuş güllə sandıqçaları tapılıb. Polis axtarışın görüntülərini yayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar