Şənbə, 17 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Hakim dələduz Müşfiq Abbasovu necə və niyə müdafiə edir?

Adı qalmaqallarda hallanan, işdən çıxarılmış Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Abbasov Müşfiq Elman oğlu bu dəfə dələduzluqla ittiham edilir.

PİA.az-a daxil olan məlumatda, Müşfiq Abbasov vəzifədən çıxarıldıqdan sonra da əməllərindən əl çəkməyərək, əlaqələrinin olduğunu deyərək, dələduzluq yolu ilə vətəndaşlardan pul aldığı deyilir.

Müşfiq Abbasovun vəzifədən çıxarılmasından sonra törətdiyi əməl bardə bir qədər sonra söhbət açacağıq. İndi isə onun 12 iyun 2014-cü il tarixdən 11 sentyabr 2017-ci tarixədək olan müddətdə Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən törətdiyi əməllərə baxaq.

Belə ki, Azarbaycan Respublikas Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ibtidai istintaqını apardığı 140110514 nömrəli iş üzrə Əsədov Vüqur Şükür oğlunun barəsinda 11 iyul 2016-cı il tarixində təqsirləndirilən şəxs qismində cəlb etmə baradə qarar qəbul edib. Həmin ittihamı Vüqar Əsədova elan etməklə onun barəsində həmin tarixdə Bakı şəhər, Səbail rayon məhkəməsinin qərarı ilə 2 (iki) ay həbs qətimkan tədbiri seçildikdən sonra, Vügar Əsədovu həbisdən azad edilməsində köməklik göstərilməsi üçün 2016-cı ilin iyul ayında özünə müraciət edən Vüqar Əsədovun bacısı Əsədova Natavan Şükür qızı və arvadı Əsədova Elnarə Telman qızı ilə dəfələrlə işlədiyi idarənin Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 30 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşüb.

Şikayətçilərin bildirdiyinə görə, məsələni Vüqar Əsədovun xeyrinə edəcəyini söz verərək, pul vəsaitinin rüşvət qismində verilmesini öz xidməti otağında Vüqar Əsədovun arvadı Elnara Əsədova və bacısı Natavan Əsədovadan istəyib. 2016-cı ilin iyul ayının sonlarında "Sahil bağı" adlanan parkda Natavan Əsadovadan 3.500 dollar, həmin ilin rəsmi mazənnəsi ilə 5.530 manat, avqust ayında 2.600 dollar (həmin dövrün rəsmi məzənnəsi ilə 4.186 manat), sentyabr ayında manat olmaqla ümumilikdə 17.716 manat məbləğində pul vasaitini alib.

25 oktyabr 2016-cı il tarixdə Xətai RPİ-nin istintaq şöbəsində Vüqar Əsədovun işə düzəltmək adı ilə qeyrilərinə qarşı dələduzluq etməsi faktları üzrə CM-nin 178.3.2-ci maddasi ilə istintaq olunan 160116346 nömrali cinayət işini özünün icraatında olan 140110514 nömrəli həmin cinayət işi ilə bir icraata birlaşdirib. Bundan sonra Natavan Əsədova ilə 2016-cı ilin oktyabr ayında yenidən görüşərək Vüqar Əsədovun barəsində olan hamin cinayət işinin baraətverici əsaslarla xitam verilmasinin çətinləşdiyini bildirib və işin mürəkkəbləşdiyini qeyd edib. Məsələnin tam şəkildə həll edilməsi üçün rəhbər şəxslərə daha çox pul vəsaitinin verilməli olduğunu bildirib. Müşfiq Abbasov 40.000 manat pul vəsaitinin həmin məsələnin müsbət həlli üçün işlədiyi həmin idarənin rəhbər vəzifəli şəxsinə çatmalı olduğunu vurğulayıb. Beləliklə, bu dövrdə Müşfiq Abbasov Əsədova Natavan Şükür qızından ümumilikda 39.716 manat məblağində pul vəsaiti alıb.

Gələk işdən çıxarıldıqdan sonra Müşfiq Abbasovun digər əməlinə. Müşfiq Abbasov Azarbaycan Respublikası Baş prokurorunun 11 sentyabr 2017-ci il tarixli əmri ilə prokurorluq orqanlarından xaric edildikdən sonra qeyri-rəsmi formada hüquqi yardım göstərdiyi Sadıqov İlyas Usub oğlunun vasitəsi ilə Dadaşov Mahir Əkbər oğlu ilə tanış olub. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar Rəhimov Elşən Mirzə oğluna satdığı materialın əvəzində ödənilməli olan 840.000 ABŞ dolları məbləğində pul vasaitini ala bilməyən Dadaşov Mahir Əkbər oğlu ilə 2018-ci ilin noyabr ayında İlyas Sadıqovun istifadəsində olan Bakı şəhari, Dərnəgül prospekti 3097-ci məhəllədə yerləşən istehal sexinin həyətindəki ofisdə görüşdükləri zaman Mahir Dadaşova özünün əvvəllər prokurorluq orqanlarında işləməklə həmin orqanda geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindan istifadə edərak Elşən Rəhimov barasində cinayət işi başlanmaqla sonuncunu cinayət məsuliyyətinə cəlb etdirib ona ödəməli olduğu pul vəsaitini ödətdirə biləcayini bildirib. Həmin məsələnin müsbət həlli üçün prokurorluq orqanlarında işləyən tanışına 20 min dollar (34 min manat) verilməsini deyib.

İddia olunur ki, Müşfiq Abbasov bu adla iki dəfə olmaqla, 18 noyabr 2017 və 4 dekabr 2018-ci il tarixlərində, hər dəfəsində 10 min dollar olmaqla, ümumi 20 min dollar (34 min manat) Mahir Dadaşovdan pul alıb.

Bununla da, Müşfiq Abbasov barəsində yenidən cinayət işi açılıb və o, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə ittiham edilir.

Müşfiq Abbasov haqqında başlanacaq məhkəmə 01.03.2021-ci il saat 09:00-da baş tutması nəzərdə tutulur. Müşfiq Abbasovun işinə hakim Mahmud Ağalarov baxacaq.

Şikayətçilərin bildirdiyinə görə, hakim Mahmud Ağalarov Müşfiq Abbasovun işinə ciddi yanaşmır və məsələni onun xeyrinə həll etmək kimi məlumatlar əldə ediblər.

Xatırladaq ki, Müşfiq Abbasov sabiq müstəntiq 25 fevral 2016-cı ildə vəfat etmiş xalq artisti İlhamə Quliyevaya məxsus qızıl və brilyant zinət əşyalarına müdaxilə etməkdə də günahlandırılır.

pia.az


Etiket: dələduzluq

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

"Tərtər İşi"ndəki işgəncələrlə bağlı Xanlar Vəliyev danışdı - "Nağıldır"

Mehdiyevlərin biznes imperiyası "çat verir" – "Bank BTB" də əldən çıxa bilər

COVID-19-dan sağalanlar yoluxanları sayca üstələdi - Son sutkanın statistikası

Səlim Müslümovun "pensiya islahatı": Əhalinin yarısına pensiya almaq qismət olmur

Şahbaz: "Dilqəmi vurmuşam, yaxşı edib vurmuşam"

Bakıda məşhur hosteldə qalan qızların ölümü ilə bağlı təfərrüat

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi

Əlil uşağa yığılan 15minə valideynlər evlərini təmir etdi, 1ay sonra ev də yandı uşaq da

Ən çox oxunanalar