Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Navalnı ilə bağlı rusiyalı rəsmilərə sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) həbsdəki müxalif blogger Aleksey Navalnı ilə bağlı rusiyalı rəsmilərə sanksiya tətbiq edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Aİ-nin yaydığı sənəddə bildirilib.

Rusiyanın Baş prokuroru İqor Krasnov, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin, Cəzalara Nəzarət üzrə Federal Xidmətin rəhbəri Aleksandr Kalaşnikov və “Rosqvardiya”nın rəisi Viktor Zolotova sanksiya tətbiq edib.

Səyahət qadağası və hesabların dondurulmasını özündə ehtiva edən sanksiyalar bu gündən qüvvəyə minir. Bundan əlavə, Aİ-dəki şəxslərin və təşkilatların, birbaşa və ya dolayı yolla sanksiya tətbiq olunanları vəsaitlə təmin etməsi qadağandır.

Rusiya Dövlət Duması və Federasiya Şurası Aİ-nin yeni sanksiyalarına münasibət bildirib. Dumanın beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Aleksey Çepa sanksiyaları nonsens adlandırıb.

Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabbarov isə ölkəsinin bu sanksiyalara cavab verməli olduğunu vurğulayıb: “Bu cavab sanksiyaları Avropa İttifaqı ölkələrinin hər birinə aid olacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar