Şənbə, 17 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Forbes”: Rusiya və NATO müharibə məşqini edib

Ötən həftə Norveç sahili Rusiya ilə NATO-nun şərti döyüş zonasına çevrilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə “Forbes” yazıb.

David Axe adlı müəllifin yazdığına görə, Rusiya və Şimal Alyansının orduları bu regionda qarşı-qarşıya gəliblər.

Norveç, Kanada və Almaniyanın hərbi gəmiləri, F-35 qırıcıları və ABŞ Hərbi Hava Qüvvələrinin B-1 bombardmançı təyyarələri Norveçin qərb sahilində təlim keçiblər. Onlar radioelektron mübarizə və düşmənin hərbi gəmilərə qarşı raketlərin məhv edilməsi ilə bağlı tapşırıqları yerinə yetiriblər. NATO-nun “Dynamic Guard” adlı təlimlərinə Kanadanın "Qalifaks” freqatı və Norveçin Hərbi Dəniz Qüvvələrinin “Steyl” və “Storm” raketli katerləri qoşulublar. Almaniyanın “Şpessart” tankeri isə öz növbəsində onlara dəstək verib. Manevrlərdə iştirak etmək üçün Norveçin mərkəzi hissəsində yerləşən aviabazadan ABŞ-ın iki B-1 strateji bombardmançı təyyarəsi havaya qalxıb.

Müəllif yazır ki, NATO-nun hərbi gəmiləri Norveçin qərb sahilində təlimlər keçirən zaman Rusiya hərbi donanması ölkənin şərq sahilində təlimlər keçirib. Rusiyanın “Marşal Ustinov” raketli kreyseri NATO-nun sualtı gəmilərinə zərbə endirməyi məşq edib. Kreyser Barens dənizinə Severemorskdan çıxıb. Hərbi gəmi sualtı gəmilər və gəmilərə qarşı aviasiya ilə qarşılıqlı fəaliyyəti məşq edib, təlim axtarışı həyata keçirib, eləcə də dəniz gəmilərinə qarşı silahla atışları icra edib. Manevrlər bitəndən sonra Kreyser Severemorska qayıdıb, lakin bunu başqa marşrutla həyata keçirib. Dünyada ən güclü yerüstü hərbi gəmilərdən biri hesab olunan “Marşal Ustinov” cənuba – Vranger-fyorda, Rusiya və Norveçin dəniz sərhədi keçən yerə istiqamət götürüb. Onun cənuba çatması Amerika B-1 bombardmançılarının Norveçə çatması ilə eyni vaxta düşüb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

"Tərtər İşi"ndəki işgəncələrlə bağlı Xanlar Vəliyev danışdı - "Nağıldır"

Mehdiyevlərin biznes imperiyası "çat verir" – "Bank BTB" də əldən çıxa bilər

Azərbaycanlı müğənni müflis oldu - “120 min pulum batdı“

Şahbaz: "Dilqəmi vurmuşam, yaxşı edib vurmuşam"

COVID-19-dan sağalanlar yoluxanları sayca üstələdi - Son sutkanın statistikası

Prezident və birinci xanım Pirşağıda təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Səlim Müslümovun "pensiya islahatı": Əhalinin yarısına pensiya almaq qismət olmur

Bakıda məşhur hosteldə qalan qızların ölümü ilə bağlı təfərrüat

Əlil uşağa yığılan 15minə valideynlər evlərini təmir etdi, 1ay sonra ev də yandı uşaq da

Ən çox oxunanalar