Çərşənbə, 14 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ermənilərin əksəriyyəti Qarabağa qayıtmağı düşünmür

Keçən ilin payızında İkinci Qarabağ müharibəsindəki ciddi məğlubiyyətdən sonra bir vaxtlar azərbaycanlı qonşularını yaxın buraxmayan bir çox Qarabağ ermənisi hazırda özləri qaçqın vəziyyətinə düşüblər.

APA “Vestnik Kavkaza” qəzetinə istinadən xəbər verir ki, 22 yanvar 2021-ci il tarixli, BMT-nin sifarişi ilə aparılmış bir araşdırmaya görə, “qaçqın vəziyyəti”nə düşən erməni ailələrinin 85%-dən çoxu hazırda yaşadıqları yerlərdən köçmək istəmirlər. Qalan 15%-ə gəldikdə isə, onlar ya Qarabağın böyük şəhərlərinə (Xankəndi, Xocavənd) qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar.

Eyni zamanda, erməni qaçqınların 60%-i üçün əsas qida mənbəyi ərzağın birbaşa paylanmasıdır. Onların təqribən 43%-nin övladları, eləcə də onları qəbul edən ev sahiblərinin 40%-i münaqişənin nəticələrinə görə təhsil almaq imkanından məhrum olub.

Qaçqınların 73%-dən çoxu, eləcə də onları qəbul edən ev sahiblərinin 49%-i münaqişənin qida əldə etmək imkanlarını azaltdığını söyləyirlər. Qaçqın ailələrin təxminən 14%-i və onları qəbul edən ev sahibi ailələrinin 11%-i həftədə azı bir dəfə ərzaq ala bilmir.

Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan sülh razılaşması çərçivəsində Rusiya sülhməramlıları tərəfinən indiyədək 50 mindən çox erməni bölgəyə qayıdıb. Mütəxəssislərin apardığı sorğuda iştirak edənlərin təxminən 70%-i azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiklərini bildiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı

44 günlük müharibə: “İsgəndər” raketinin “Barak-8”-lə vurulması görüntüləri

Bakıda dəhşət: 14 yaşlı oğlan məktub yazıb özünü binadan atdı

Sahil Babayevə cinayət işi açılmalıdır - “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”

Bu dərman COVID-19-a yoluxanların ağırlaşma riskini 90 faiz azaldır

"Albert Rıjıy"-nı öldürənin kimliyi bəlli oldu 

İlham Əliyev: “Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”

“Parlament vəziyyəti müzakirə edib yekun qərar verməlidir - ya elə, ya belə” - Müsahibə

“5-10 ilə üçüncü Qarabağ savaşı başlayacaq”

Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq? – Prezident cavabladı

“Muradov Bakıya erməni terrorçuları aparmağa gəlmişdi, amma arzusu ürəyində qaldı”

Ən çox oxunanalar