Şənbə, 17 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

"Neftçi" uduzmadığı rəqibə qarşı, "Zirə" Sumqayıt səfərində - Afişa

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.

PİA.az-ın məlumatına görə, son oyun günündə də 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Kapital Bank Arena"da "Zirə" ilə qarşılaşacaq. Hazırda "gənclik şəhəri" təmsilçisi 23 xalla 4-cü, "qartallar" isə 28 xalla 3-cüdür. Bunadək ölkə çempionatında 21 dəfə üz-üzə gəlmiş komandaların duelində meydan sahibləri 6, qonaqlar 10 qələbə qazanıblar. 5 oyunda qalib müəyyənləşməyib. Topların fərqi də "Zirə"nin xeyrinədir - 21-29. Son 5 oyunda hər iki komanda qol vurub. "Sumqayıt" 4 matçdır uduzmur.

Turun son matçı "Bakcell Arena"da baş tutacaq. 33 xalla 2-ci sırada yer alan "Neftçi" 15 xalla autsayder olan "Sabah"ı qəbul edəcək. Bu, komandaların Premyer Liqada yubiley - 10-cu görüşü olacaq. Əvvəlki 9 qarşılaşmada "ağ-qaralar" rəqibini 8 dəfə məğlub edib. Bir oyun isə heç-heçə başa çatıb. Flaqman heç vaxt Masazır təmsilçisinə uduzmayıb. “Sabah” 4 matçdır qol vurmur və xal qazanmır.

Azərbaycan Premyer Liqası

XVIII tur

3 mart (çərşənbə)

16:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”.

18:15. “Neftçi” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”.

Qeyd edək ki, ilk oyun günündə "Səbail" evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib. "Qarabağ" isə "Qəbələ"nin qapısından 3 cavabsız qol keçirib.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

"Tərtər İşi"ndəki işgəncələrlə bağlı Xanlar Vəliyev danışdı - "Nağıldır"

Mehdiyevlərin biznes imperiyası "çat verir" – "Bank BTB" də əldən çıxa bilər

Azərbaycanlı müğənni müflis oldu - “120 min pulum batdı“

Şahbaz: "Dilqəmi vurmuşam, yaxşı edib vurmuşam"

COVID-19-dan sağalanlar yoluxanları sayca üstələdi - Son sutkanın statistikası

Prezident və birinci xanım Pirşağıda təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Səlim Müslümovun "pensiya islahatı": Əhalinin yarısına pensiya almaq qismət olmur

Bakıda məşhur hosteldə qalan qızların ölümü ilə bağlı təfərrüat

Əlil uşağa yığılan 15minə valideynlər evlərini təmir etdi, 1ay sonra ev də yandı uşaq da

Ən çox oxunanalar