Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misir Mərdanov milyonları harda gizləyib?

Sabiq nazir Səlim Müslümovun həbsindən sonra vaxtilə hakimiyyətdə təmsil olunan yüksək rütbəli məmurların fəaliyyəti yenidən təftiş olunmağa başlayıb. İndi təkcə mətbuat deyil, cəmiyyət, aktiv sosial şəbəkə iştirakçıları da bu mövzuda qızğın müzakirələr aparırlar. Mövqelər tez-tez haçalansa da, suallar adətən eyni olur: növbə kimindir? Səlim Məslümovdan sonra daha kimlər istintaqa cəlb olunacaq?

Cəmiyyətin bu mövzuya xüsusi maraq göstərməsi səbəbsiz deyil. Vaxtilə hakimiyyətdə yüksək post tutmuş sabiqlərin böyük əksəriyyətinin rüşvət və korrupsiyaya bulaşdığını, vəzifə səlahiyyətlərindən istifadə edərək, külli miqdarda dövlət əmlakını mənimsədiyini heç kim inkar edə bilməz. Bu adamlar topladıqları sərvətlə uzun illərdi cəmiyyətin gözünü qamaşdırırlar. Aydın məsələdir ki, təkcə mətbuatın deyil, həm də cəmiyyətin həmin sərvətin qaynağı ilə maraqlanmaq hüququ var.

Sözsüz ki, 75 yaşlı professor - uzun illər Azərbaycan hakimiyyətinin əsas simalarından biri olan sabiq Təhsil naziri Misir Mərdanov bu müzakirələrdən kənarda qala bilməz. Tərəddüdsüz deyə bilərik ki, qocaman professor öz fəaliyyəti ilə təmsil olunduğu komandanın imicini ən çox zədələyən adamlardan biridir. 1996-1998-ci illərdə BDU-nun rektoru, 1998-2013-cü illərdə Təhsil naziri vəzifələrində çalışan Mərdanov Azərbaycanda adı ən çox korrupsiyaya bulaşmış beş-altı eks-nazirdən biri sayılır. Çoxları hesab edir ki, Azərbaycanda təhsil Misir Mərdanovun nazir olduğu dövrdə dəfn olunub. Hətta onu “diriltmək” üçün göstərilən səylərin bu günə kimi nəticəsiz qaldığını iddia edənlər də var.

Misir Mərdanovun nazir olduğu dövr daha çox şübhəli tender əməliyyatları ilə yadda qalıb. 1998-2013-cü illər həm də saxta diplomların “ayaq tutub yeriməsi” ilə xarakterik olan zaman kəsiyidir. Həmin illər təkcə ali məktəblərdə deyil, hətta orta məktəblərdə, bağçalarda rüşvətin kütləvi yayılması ilə tarixə düşüb. Təsadüfi deyil ki, “süpürgə pulu”, “pərdə pulu” deyiləndə xatırlanan ilk adam Misir Mərdanov olur.

Mütəxəssislər hesab edirlər ki, yaxın keçmişdə baş verən “dollar axını”ndan ən çox faydalananlardan biri də Misir Mərdanov olub. Buna görə də o, ölkənin ən varlı adamlarından biri sayılır. Mərdanovun sərvətinin miqyasına görə Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Ziya Məmmədov, Cavid Qurbanov, Zakir Qaralov, Əli Həsənov kimi indiki və keçmiş məmur-oliqarxlarla bir sırada dayandığı bildirilir. Onun əlində milyonlarla ABŞ dollarının olduğu güman edilir.

Misir Mərdanov bu sərvəti harda gizləyib? Azərbaycan dövlətinin eyni vaxtda həm koronavirusla, həm də ermənilərlə mübarizə apardığı bir vaxtda onun səsizcə kölgəyə çəkilməsi necə mümkün olub? O, Qarabağda start götürən quruculuq-abadlıq işlərinə niyə öz töhfəsini vermir?

Hesab edirik ki, bir neçə saatlıq istintaq hərəkəti bu sualların üstündəki sirr pərdəsini qaldıra bilər...(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən çox oxunanalar