Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
PİA.az-ın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.
İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.
Qeyd edək ki, komissiya indiyə qədər 550-dən artıq müraciətə baxıb.(APA)
pia.az