Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AG Bank”dan pul mənimsəməkdə ittiham olunan vəzifəli şəxs hakim qarşısına çıxarılır

“AG Bank” ASC-nin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham edilən şəxslərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

PİA.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Azər Paşayevin icraatındadır.

Cinayət işi üzrə təqsirləndirilən Həmidov Namiq Ramiz oğlu Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Respublikasının Baş Prokurorluğuna etdiyi sorğusunun təmin edilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəçiliyi və Penitensiar Xidmətinin xüsusi karvanın müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

O, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

İttihama əsasən, N.Həmidov 2012-2016-cı illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib “AG Bank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməlləri ağır nəticələrə səbəb olmasına, tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqadarda özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.

Onunla birlikdə Ruslan Quliyev və Pərviz Fərzəliyevə də Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) ittiham verilib.

İş üzrə zərərçəkmiş qismində Əmanətlərin Sığortalanması Fondu tanınıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “AG Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub və ləğvetmə mərhələsindədir.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar