Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya qaçqın statusu istəyən Azərbaycan vətəndaşlarının 95%-nə mənfi cavab verib

2020-ci ildə qaçqın statusu üçün Almaniya Federativ Respublikasına müraciət edən 1 301 Azərbaycan vətəndaşının işinə baxılıb.

Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.

Federal idarənin cavabında deyilir ki, keçən il 748 Azərbaycan vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib. Onlardan 435-nin müraciəti ilk dəfə, 313-nün müraciəti isə təkrar olaraq qeydə alınıb.

Yəni, müraciət edən 1 301 nəfərdən cəmi 5,2 faizinin müraciətinə müsbət, 94,8 faizinin müraciətinə mənfi cavab verilib.

Müraciət edənlərdən yalnız 68 nəfərinə qaçqın statusu və müvafiq qoruma statusları verilib. 16 nəfər isə deportasiyaya qarşı qorunma qanunundan yararlanıb. Digər şəxslərə ölkəni könüllü tərk etmələri üçün vaxt verilib. Pandemiyaya baxmayaraq idarə məhkəmələrinin qərarları icraata götürülüb.

BAMF-dan bildirilib ki, 2020-ci ildə federal idarə ümumilikdə 145 071 müxtəlif ölkə vətəndaşlarının qaçqın statusu üçün ərizəsini qeydə alıb. Bu, 2019-cu ilin statistikası ilə müqayisədə 15% azalma deməkdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar