Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlikdən koronavirus əleyhinə vaksindən imtina edənlərə çağırış

Səhiyyə Nazirliyi bəzi insanların vaksindən imtina etmələri ilə bağlı məsələyə münasibət bildirib.

PİA.az xəbər verir ki, nazirliyin COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə peyvəndin infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsulu olduğunu vurğulayıb.

O qeyd edib ki, hazırda vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurlu şəkildə davam edir: “Sağlamlıq şərtləri uyğun olan, strategiyada yer almış hər bir vətəndaş vaksinasiya prosesində iştirak etməlidir.(iştiraka dəvət edirik) Vaksinasiya ilk növbədə həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma halları və ölüm saylarını unutmamalıyıq. Vaksinlər bizi ağırlaşma hallarından və ölüm hadisələrindən qoruyaraq səhiyyənin də yükünü azaltmış olacaq”.

“Vətəndaşları etibarlı mənbələrə - rəsmi qurum və nümayəndələrin fikirlərinə əsaslanmağa çağırıram. Bəzən sosial şəbəkələrdə paylaşılan yanlış informasiyalar insanlarda narahatlıq və çaşqınlığa səbəb olur. Bəzi səhifələrin izlənmə saylarını artırma məqsədi ilə paylaşdıqları həqiqəti əks etdirməyən yazılar ajiotaja səbəb olur. Bu tip paylaşımlar bəzən ciddi şəkildə psixoloji gərginliyə gətirib çıxarır ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Həssas mövzuda hər bir vətəndaş yalnız rəsmi məlumatlara inanmalıdır. Yalnız qısa zamanda edilən peyvəndlərlə kütləvi immun sistemi qazanaraq COVID-19-a qalib gəlmək mümkündür”.

Qeyd edək ki, yanvar ayının 18-dən başlanan peyvəndləmə dövlət hesabına və könüllü həyata keçirilir. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar