Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çingiz Qənizadəyə YAP-da vəzifə veriləcək

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçirilməsi gözlənilir. Məlumatlara görə, qurultayda kadr dəyişiklikləri baş tutacaq, YAp-ın "vitrinində" nəzərəçarpacaq yeniliklər olacaq.

PİA.az xəbər verir ki, son günlər mətbuatda sabiq deputat Çingiz Qənizadənin də Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarında təmsil olunacağı ilə bağlı fikirlər səslənir.

Ölkənin ictimasi-siyasi həyatında aktiv olan Çingiz Qənizadə birdən-birə Yeni Azərbaycan Partiyası sıralarına daxil olmaq üçün ölkə rəhbərliyinə müraciət etməsi birmənalı qarşılanmamışdı. İctimai rəydə hakim partiya üzvlərinə qarşı mənfi fikirlər formalaşdığı bir anda imici ictimai rəydə müsbət olan, heç bir halda reputasiyası korlanmıyan şəxsin YAP-a transfer etməsi bəzilərində belə bir fikir yaratdı ki, Çingiz Qənizadəyə qarşı həm müxalifətdən, həm də ictimaiyyət tərəfindən təpkilər olacaq. Amma görünən bu oldu ki, Çingiz Qənizadənin transferi etməsinə qarşı mətbuatda və sosial şəbəkələrdə hər hansı mənfi fikirlər söylənilmədi. Əksinə, bir çox YAP-çılar tərəfindən Çingiz Qənizadənin hakim partiyaya transfer olunması alqışlandı. Bu yəqin ki, ondan irəli gəlir ki, Çingiz Qənizadə həm müxalifət, həm də iqtidar tərəfindən qəbul edilən siyasi bir fiqurdur.



Məlumat üçün onu da qeyd edək ki, son illərdə ölkədə hansısa tanınmış simalardan YAP-a transferin şahidi olmamışıq.

Həmişə həqiqəti söyləyən hüquq müdafiəçisi Çingiz Qənizadə, həm də siyasətçi kimi ölkənin ictimasi-siyasi həyatında aktiv fəaliyyətinə görə 2017-ci ildə prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib. Həmçinin, Çingiz Qənizadə hüquq üzrə fəlsəfə doktorudur. Artıq uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərir.

Əli Əhmədovun, Mübariz Qurbanlının və digərlərinin AMİP-dən transfer edərək YAP-a gəlməsi və daha sonra YAP-ın rəhbərliyində təmsil olunmasını nəzərə alsaq, həqiqətən də Çingiz Qənizadə haqqında son günlər mətbuatda gedən fikirlər özünü doğrulda bilər.

Modern.az saytının əməkdaşı mətbuatda gedən fikirlərlə bağlı Çingiz Qənizadə ilə əlaqə saxlayıb.

Ç.Qənizadə qeyd edib ki, YAP-da vəzifə alacağı barədə hər hansı bir məlumata malik deyil və o, partiyanın siravi əsgəridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar