Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Moody's": Azərbaycanın builki dövlət borcu üzrə faiz ödənişləri gəlirlərin cəmi 2,5%-ni təşkil edəcək

"Moody's Investors Service" şirkətinin proqnozlarına görə, 2021-ci ildə Azərbaycanın dövlət borcu üzrə faiz ödənişlərinin gəlirə nisbəti cəmi 2,5% təşkil edəcək.

"APA-Economics"in "Moody's"ə istinadən verdiyi məlumata görə, Azərbaycanın bu göstəricisi "yaxşı" hesab edilir və ölkə Qafqazda liderdir. Ümumilikdə, bu, inkişafda olan ölkələr arasında ən müsbət göstəricilərdən biridir.

Bu nisbətin 2021-ci ildə ən yüksək olacağı inkişaf edən ölkələr arasında Liviya (69%), Şri-Lanka (60,7%) və Misir (47,4%) göstərilib. Dövlət borcu üzrə faiz ödənişlərinin gəlirlərə olan nisbətinin ən aşağı olacaq inkişaf edən ölkələr isə Kuba (2,2%), BƏƏ (Əbu-Dabi,2%), Azərbaycan (2,5%) və Küveytdir (2,7%).

Qeyd edək ki, faiz üzrə ödənişlərə dövlət borcu üzrə faiz ödənişləri daxildir və bura uzunmüddətli istiqrazlar, uzunmüddətli borclar və yerli və xarici rezidentlərə olan digər borc alətləri də daxildir. Ölkələrin faiz xərclərini ödəmək üçün kifayət qədər gəlirinin olub-olmaması əsasən "Moody's" və Dünya Bankı tərəfindən qiymətləndirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar