Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Həşimovun anası şəhid ailələrinə və müharibə əlillərinə evlər təqdim etdi - Foto

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu il 3 min, yaxın 5 ildə isə 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin ediləcək.

Bu fikir Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 30 yeni mənzilin təqdim olunması tədbirində səsləndirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri ilə yanaşı şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, “Qarabağ Qaziləri” İctimai Birliyinin üzvü Rey Kərimoğlu və başqaları iştirak ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə qayğısı olaraq şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir. Nazirlik tərəfindən həmin vətəndaşlara 2018-ci ildə 626 ədəd, 2019-cu ildə 934 ədəd, 2020-ci ildə 1572 ədəd mənzil və fərdi ev verilib. 2021-ci ildə isə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulur ki, bu da mənzil və fərdi evlə təminat proqramının 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişləndiyini göstərir.

Tədbirdə S.Həşimova deyib ki, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr vurulub, şəhidlərimizin qisası alınıb, qanları yerdə qalmayıb, onların yazdığı böyük tarix heç vaxt unudulmayacaq. Qəhrəman generalın anası şəhidlərimizin ailələrinin və müharibə əlillərinin hərtərəfli qayğı ilə əhatə olunması üçün dövlətimizin davamlı işlər apardığını bildirib, yeni mənzillə təmin olunanlara bu mənzillərdə firavan həyat arzulayıb.

R.Kərimoğlu qazilərimizə, şəhid ailələrinə hər zaman dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıb, onlara göstərilən geniş miqyaslı dəstək tədbirlərindən bəhs edib.

Şəhid ailələri və müharibə əlilləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər yürüşündən qürur hissi keçirdiklərini vurğulayıblar. Onların sosial təminatlarının gücləndirilməsi üçün aparılan işlərdən razılıqlarını bildiriblər. Göstərilən diqqət və qayğıya, mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Mənzillərdən 18-i Qarabağ müharibəsi əlillərinə, 12-i şəhid ailələrinə təqdim edilib.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar