Çərşənbə, 14 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Qasparyan “günah keçisi” olaraq istifadə olundu... - Ermənistan müxalifəti ilə Rusiya arasında nələr olacaq?

Politoloq: “Ermənistanda davam edən siyasi xaos artıq Paşinyanın nəzarəti ilə sona çatmaqdadır”

Rusiya Pasinyana dərs verməyə çalışdı. Amma, bu Paşinyanın əlini gücləndirəcək və burada Onik Qasparyan bir “günah keçisi” oldu”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanda baş verən hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən alınması ilə bağlı sənədi imzalamasa da prezidentin Konstitutsiya Məhkəməsinə müraciət etməyəcəyinə görə bu gün Paşinyanın sərəncamı avtomatik qüvvəyə minəcək. Qeyd edək ki, Qasparyanın vəzifədən alınması Putinin Paşinyanən “İsgəndər”lərlə bağlı üzrünü qəbul etdikdən sonra baş tutdu.

Demək olarmı ki, Paşinyan üçün artıq hərbi çevriliş təhdidi arxada qalxdı və Qasparyanın “günah keçisi” olaraq istifadə olunması Ermənistan müxalifəti ilə Rusiya arasında olan münasibətlərə necə təsir edəcək?

Qeyd edək ki, yaranmış vəziyyətdən narahat olan Ermənistanın ikinci prezidenti bu gün Rusiya mətbuatı üçün mətbuat konfransı keçirib. 44 günlük müharibənin Ermənistan tərəfindən uduzulmasını tamamilə Baş nazir Nikol Paşinyanın üzərinə qoyan Köçəryan, həmçinin müharibədəki məğlubiyyətin əvvəlcədən razılaşdırıldığını iddia edib. Maraqlıdır ki, Ermənistan cəmiyyətinin böyük hissəsi məğlubiyyətə görə Rusiyanı günahlandırmamasına baxmayaraq, Köçəryan bütün günahı Paşinyanın üzərinə yükləməklə həm Rusiyanı, həm də erməni xalqını məğlubiyyətdən kənar tutmağa çalışıb.

Buna baxmayaraq Paşinyanın öz rəqiblərinə qalib gələcəyi də şübhə doğurmur. Qeyd edək ki, bu gün Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Köşəryanın Rusiya mətbuatına verdiyi müsahibəni şərh edərkən Nikol Paşinyanı Rusiyanın dostu olaraq qiymətləndirib.

Ermənistanda Rusiyanın yürütdüyü siyasəti PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Paşinyanın “İsgəndər” raketi ilə bağlı açıqlaması və sonradan bunları təkzib etməsi Moskva ilə problemlerdən qaçış manevri idi”.

Onik Qasparyanın artıq məlum prosesdən sonra Baş Qərargah rəisi olmasının mümkün olmadığını bildirən politoloqPİA.az-a açıqlamasında qeyd edib ki, buna baxmayaraq, Qasparyan Ermənistan Konstitusiyasının məlum maddərini irəli sürərək dünəndən istefaya getməyəcəyini deyir. Bu da Ermənistanda siyasi vəziyyətin hələ də gərgin olduğundan xəbər verir:

Ermənistanda davam edən siyasi xaos artıq Paşinyanın nəzarəti ilə sona çatmaqdadır. Qeyd edim ki, Baş Qərargah rəisinin Baş naziri istefaya çağırması bu ölkədə hərbi çevrilişə cəhd idi. Məqsəd Rusiyaya yaxın qüvvələrin növbəti hakimiyyətə gəlmək planı idi. Qeyd üdim ki, 17 partiyadan ibarət “Vətənin Xilası Naminə Hərəkat” və 17 partiya tərəfindən bu hərəkatın lideri olaraq irəli sürülən Vazgen Manukyan birbaşa Köçəryan tərəfindən idarə olunur. Ona görə də yaranmış vəziyətlə bağlı Köçəryanın narahatlığı başa düşüləndir.

Eyni zamanda hər nə qədər müxalifət cəbhəsi etiraf etməsə də, məlum olub ki, Baş Qərargah rəisi Onik Qasparyan eksp prezident Serj Sarkisyanin təlimatları ilə hərəkət edir. Həm Köçəryanın, həm də Sarkisyanın birbaşa Rusiyanın adamı olduğunu nəzərə alsaq, onda aydındır ki, proseslər Moskvadan idarə edilirdi. Onik Qasparyan artıq məlum konstitutsion prosesdən sonra Baş Qərargah rəisi olması mümkün deyil. Bunu Paşinyanda açıq şəkildə deyir.

Məhəmməd Əsədullazadə: “Kreml 1 mart mitinqində xalıqın əksəriyyət hissəsinin Paşinyanın yaninda olduğunu görərək müəyyən qədər geri çəkildi”.

Eyni zamanda Köçəryanda bugünkü mətbuat konfrasında etiraf edib ki, Paşinyanı istefaya yollamaq çətin məsələdir. Amma, yenə də Qasparyan istefa verməklə bağlı inad edir. Konstitusiyanın məlum maddərini irəli sürərək dünəndən istefaya getməyəcəyini qeyd edir. O zaman sual olunur: Qasparyan ordunu küçəyə çıxararaq Paşinyanı və hökümət üzvlərini həbs etməyə hazırdırmı? Bimənalı olaraq deyə bilərik ki, hazır deyil və artıq məlum olub ki, heç də bütün genralitet onu müdafiə eləmir. Ona görə də Paşinyan qasparyanın yeni addımlar atmasına imkan verməyəcək.

Ümumiyyətlə Paşinyanın “İsgəndər” raketi ilə bağlı açıqlaması və sonradan bunları təkzib etməsi Moskva ilə problemlerdən qaçış manevri idi. Amma, Kreml ona qarşı müxalifəti ayaqda saxlayacaq. Düşünürəm ki, Kremldə Ermenistanda 1 mart mitinqində vətəndaşların Paşinyanın yaninda olduğunu görərək müəyyən qədər geri çəkildi.

Ümumilikdə isə deyə bilərik ki, Rusiya Pasinyana dərs verməyə çalışdı. Amma, bu Paşinyanın əlini gücləndirəcək və bütün bu prosseslərdə Onik Qasparyan bir günah keçisi oldu”.

Nərminə UMUDLU
pia.az


Etiket: Çevriliş


Digərxəbərlər

Populyar xəbərlər

17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı

44 günlük müharibə: “İsgəndər” raketinin “Barak-8”-lə vurulması görüntüləri

Bakıda dəhşət: 14 yaşlı oğlan məktub yazıb özünü binadan atdı

Sahil Babayevə cinayət işi açılmalıdır - “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”

Bu dərman COVID-19-a yoluxanların ağırlaşma riskini 90 faiz azaldır

"Albert Rıjıy"-nı öldürənin kimliyi bəlli oldu 

İlham Əliyev: “Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”

“Parlament vəziyyəti müzakirə edib yekun qərar verməlidir - ya elə, ya belə” - Müsahibə

“5-10 ilə üçüncü Qarabağ savaşı başlayacaq”

Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq? – Prezident cavabladı

“Muradov Bakıya erməni terrorçuları aparmağa gəlmişdi, amma arzusu ürəyində qaldı”

Ən çox oxunanalar