Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hələ sazişi xilas etmək mümkündür” - Lavrov

ABŞ İranın nüvə sazişinə dönmək niyyətinin ciddi olduğunu göstərən addımlar atmalıdır. Hələ sazişi xilas etmək mümkündür”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Russian Mind” dərgisinə açıqlamasında deyib.

“Nüvə sazişini xilas etmək üçün hələlik fürsət qapısı bağlanmayıb. Tək şərt 2015-ci il tarixli hərtərəfli sazişin bu sazişi inkişaf etdirən və imzalayan bütün ölkələr tərəfindən tam və ardıcıl şəkildə tətbiq olunmasıdır.

Bu məqsədə çatmaq üçün Birgə Ardıcıl Hərəkət Planının bütün iştirakçıları ilə yaxın əməkdaşlıq içindəyik”, - XİN rəhbəri vurğulayıb.

Lavrovun sözlərinə görə, Rusiya mövcud vəziyyətdən çıxmaq məqsədilə mümkün yollar tapmaq üçün avropalı tərəfdaşlarla daim təmasdadır:

“Ancaq hər şey bizə və ya hərəkət planının avropalı iştirakçılarına bağlı deyil. Co Bayden administrasiyasının nüvə sazişi ilə bağlı mövqeyi prinsipial önəmə malikdir.

Fikrimizcə, İran və nüvə proqramı ilə bağlı maneələrin aradan qalxmasına ABŞ-ın Birgə Ardıcıl Hərəkət Planına geri dönmə niyyətinin ciddi olduğu müsajını verəcək addımlar kömək olar”.

Nazir mövcud gedişatı ən qısa zamanda müsbətə doğru dəyişmək və Birgə Ardıcıl Hərəkət Planını yerinə yetirmə prosesini yenidən ilk qərarlaşdırılan çərçivəyə salmaq ümidini dilə gətirib.(Modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar