Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin bumeranqı: Texnoloji üstünlüyü öz əli ilə Pekinə verən Vaşinqtonun “daldan atdığı daşlar”...

ABŞ-Çin müharibəsi Avrasiya və Avropanı cənginə almağa davam edir. Bundan sonra Avrasiya-AB, Türkiyə-Rusiya və Çin-Rusiya münasibətlərini diqqətlə izləmək lazım gələcək...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 4 mart 2021-ci il

Demək olar ki, hər kəs dünyanın mərkəzinin Qərbdən Şərqə doğru yönəldiyini görə bilir. 1990-cı illərdən başlayaraq bu prosesin mərkəzində Çin durur. Pekin əvvəla, təklif etdiyi aşağı qiymətlərlə “zəhmət tələb edən” kapitalı və investisiyaları özünə cəlb etdi. Bunlar xarici zərərləri çox yüksək olan ağır sənaye sahələridir. Qərb bir şəkildə öz yükünü Asiyanın üzərinə qoyaraq üct-başını çırpırdı və rahatdı. İşin bütün ağırlığını çinlilər çəkəcək, texnoloji üstünlük isə onlaın əlində qalacaqdı. Ancaq işlər hesablandığı kimi getmədi. Bu işi texnologiya şirkətlərinə tətbiq olunan vergilərlə davam etdirmək mümkün deyildi. Çin isə bu sahibkarlara daha əlverişli şərtlərlə qapılarını açırdı.

Digər tərəfdən, texnologiyanın da öz kövrəkliyi var idi, asanlıqla kopyalana bilirdi. Çin sənaye və texnologiya “oğurluğunu” oğurluq kimi görmür. Lakin bir nöqtədən sonra Silikon Vadisini silkələyən və yararsız hala gətirən bir proseslə qarşılaşdıq. Çin əmək tələb edən kapitalla yanaşı, texnologiya və kapital istehsalını da öz inhisarına aldıi.

Bu proseslərə cavab olaraq ABŞ 5G texnologiyasında olduğu kimi, Çinə qarşı bir embarqo tətbiq etdi və ABŞ-da və Kanadada çinli tələbələrin təhsilini məhdudlaşdırdı. Qadağalar çox zaman bacarıqsızlığın göstəricisi olmurmu?

Əslində, proses ABŞ-Çin və ya Qərb-Şərq dilemmalarına sığmayacaq qədər dərindir. Bu, daha çox “kapitalın genişlənməsi” fenomeninə əsaslanır. Buna əsasən, kapital məhsuldarlığını itirməyə başladıqca müəyyən bir doyma həddinə çatır və bu nöqtədən sonra “sonsuz böyümə” prinsipinə uyğun olaraq başqa istiqamətə davam edir.

Bir vaxtlar İspaniyadan Hollandiyaya, Hollandiyadan İngiltərəyə və oradan ABŞ-a çatan kapitala əvvəlcə Sakit okeanda nəzarət etmək mümkün olsa da, Çində nəzarət etmək mümkün olmadı. Dövlət və millət strukturları da ya bu dinamikalardan bəslənirlər, ya da məhrum qalırlar. Ancaq bunlar kapitalın genişlənmə dinamikasına mane olacaq strukturlar deyil.

Çin avtokratik dövlət strukturları vasitəsilə ən məhsuldar kapital mərkəzi kimi öz mövqeyini qoruyur. Bütün sirr Çində vergilərin yenidən bölüşdürülməsi prosesinin yatırılmış olmasıdır. Bu təzyiqlərin müşayiəti ilə Çin ixracatçı güc olaraq istehlakçı cəmiyyətlərə çatmaqda davam edir. Daha dəqiq desək, Çin demokratikləşməyə və əhalisini istehlaka açmağa çalışsa, itirməyə məhkum olacaq. Bu vəziyyətdə kapital və texnologiya da Çini tərk edəcək. Bunu görən ABŞ isə bu günlərdə əlindəki son silahından istifadə edir. Çindəki sabitliyi pozmaq və genişlənmə sahələrində yayılmasının qarşısını almaq üçün hər cür addımı atır. Çini oğurluq, qeyri-demokratik siyasət, ətraf mühiti çirkləndirmək və iqlimi pozmaqda günahlandırır. Həmçinin, Yaşıl Yeni Müqavilə olaraq bilinən yeni bir istehsal və mübadilə üsulu inkişaf etdirərək Çini tarixi cəhətdən kənarlaşdırmağa çalışır.

Çinin addımlarını qeyri-sabit hala gətirmək proqramının iki əsas sütunu var. Birincisi, Rusiya-Çin və Hindistan-Çin arasındakı gərginliyi artırmaqdır. Digəri isə Avropa-Çin əlaqəsini kəsməkdir. Sonuncu hədəfin məqsədi transatlantik genişlənmə ilə AvropaRusiya və Türkiyə kimi Avrasiya əlaqələrindən təmizləməyə çalışır. Avropa ABŞ-ın ağır təzyiqi altındadır. Almaniya və Fransa yol ayrıcında qalıb. Ya Rusiya və Türkiyə ilə əlaqələrini gücləndirərək bir Asiya genişlənməsi yaradacaqlar, ya da ABŞ-ın (NATO) təzyiqi altında əriyəcəklər. Bu üzdən növbəti Almaniya və Fransa seçkiləri çox vacibdir. Əgər Merkel A. Laşet, F.Mers qarşısında qalib gəlsə, ABŞ-ın planı işləyəcək. Əks təqdirdə, Almaniya öz təşəbbüsünü reallaşdırmaq fürsəti qazanacaq. Türkiyə son zamanlarda Almaniya və sonuncu dəfə Fransa ilə əlaqələrini yeniləmək üçün təşəbbüs edərək bir daha şərhimizi təsdiqlədi. Bir sözlə, AB ağırlığını ya Avrasiyaya, ya da ABŞ-a verəcək.

Çin-Hindistan və Hindistan-Pakistan gərginliyi ilə əlaqədar olaraq isə ABŞ hələ də istədiklərini əldə etməyib. Hindistan bu gərgin oyuna girmək istəmədiyini bildirir. Ancaq daha dərindən işləyən gərginlik Türkiyə-Rusiya və Çin-Rusiya arasındadır. Hesab edirəm ki, Rusiya Avrasiyada çox narahatdır. İstehsal gücünü itirən və yalnız neft və təbii qaz gəlirləri deyil, əhalisi də azalan Rusiya nəhəng coğrafiyasında və daxili bölgələrdə öz hökmranlığını qorumaq üçün bir tərəfdaş tapmalıdır. Bu tərəfdaşın Türkiyədən başqası olmayacağı aydın görünür.

Ancaq Sibirin gələcəyi baxımından ən böyük təhlükə Çindən gəlir. Daha şərqdə isə tarixi Rusiya-Yaponiya gərginlik xətti var. Rusiyanın işi həqiqətən çətindir. Ancaq Türkiyə NATO-nun təzyiqlərini qarşılamayıb, əvvəlki vəziyyətinə qayıtsa, Rusiyanın işi yenə də çox çətin olacaq. Çünki Rusiya Türkiyə ilə əməkdaşlığı dərinləşdirmək üçün zehni və praktik olaraq hazır olmalıdır. Eynilə, Türkiyənin də Rusiya ilə münasibətləri çox kritikdir. Lakin hər iki nəhəng dövlət problem ilk dalğasını, Azərbaycan-Ermənistan müharibəsində uğurla dəf etdi.

Xülasə, bundan sonra Avrasiya-AB, Türkiyə-Rusiya və Çin-Rusiya münasibətlərini diqqətlə izləmək lazım gələcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Çin ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar