Çərşənbə, 14 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Bir addım irəli, iki addım geri: Nüvə sazişinə qayıdış seçkilərdən sonra baş tuta bilər

Əli əl-Abdullah

“Əl-Ərəbi əl-Cədid”, 03.03.2021

İranla ABŞ arasında nüvə anlaşması ucbatından çəkişmə davam edir və hər ikisi məhz qarşı tərəfin ilk addımı atmasını gözləyir.

Bayden hökuməti İranın ona əməl edəcəyi təqdirdə, nüvə anlaşmasına qayıtmağa hazır olduğunu artıq açıqlayıb və İran BMT Təhlükəsizlik Şurasının qətnaməsinə tam bağlılığını sanksiyaların ləğvi ilə əlaqələndirib.

Birləşmiş Ştatlar İranın qeyd-şərtsiz öz öhdəliklərinin icrasına qayıtmasını istəyir. Bayden administrasiyası İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqə qurmaqda tələsmir, bu iki müttəfiqin təkidini qulaqardına vurub, xüsusən də, Netanyahunun dəfələrlə səsləndirdiyi ABŞ-ın nüvə anlaşmasına dönməməsi çağırışına məhəl qoyulmayıb.

ABŞ İsrailin Dimona nüvə obyektində yeni inşaat meydançası və nüvə başlıqlı 3 “İerixon” raketinin təhlükəsizlik bazasında yerləşdirməsinin dəqiq peyk şəkillərini yayaraq İsrailə təzyiq göstərməyə çalışıb. Bundan əlavə, ABŞ süni zəka və modern silahla mövzusunda İsrailin monitorinqə açıq olması üçün ona təzyiq göstərib.

Digər tərəfdən, Camal Xaşuqçinin öldürülməsi və husilərin terrorçu siyahısından çıxarılması barədə hesabatın yayımlanması Bayden hökumətinin səudiyyələrə müəyyən şəkildə təzyiq göstərmə vasitələridir.

Bunun müqabilində İran sanksiyalar ləğv olunmadan əvvəlki öhdəliklərinə qayıtmağa qarşı çıxmaqla yanaşı, ABŞ-a şifahi təzyiq göstərib, həmçinin, bölgədə və dünyadakı müttəfiqlərini fəal əməliyyatlara təhrik edib. Məsələn, Tehranın 7 milyard dollar neft pulunu bloklayan Cənubi Koreyaya aid bir tanker ələ keçirilib. İrana yaxın milislər İraqdakı Ərbil hava limanını hədəfə alıb, husilər isə ballistik raketlərlə ər-Riyada hücum ediblər.

Ərbil hava limanının bombalanmasına cavab olaraq, ABŞ Suriyada İrana bağlı bazaları hədəf almaqdan çəkinməyib.

ABŞ İranı Birləşmiş Ştatlara təzyiq göstərmə taktikasının mənasızlığına inandırmağa, eyni zamanda, qısa müddətdə nüvə anlaşmasına qayıtmağa və nüvə anlaşmasında iştirak edən Avropa dövlətləri rəsmilərinin iştirakı ilə qeyri-rəsmi toplantı keçirmək təklifini qəbul etməyə çağırıb.

Son hücumla ABŞ, Məhəmməd Cavad Zərif açıqlaması ilə Vaşinqtonun imkanlarını məhdudlaşdırdığı kimi, Tehranı qarşı səbrinin bitəcəyi barədə xəbərdar edib.

Gərginlik, ehtimal ki, İranda bu il iyunun 18-də keçiriləcək prezident seçkilərindək, yəni uzun müddət davam edəcək. İranla nüvə məsələsini həll edərək, ABŞ “Corona” virusu və iqtisadi çətinliklər daxil olmaqla, bir çox problemləri həll etmək üçün Tehrana yardım əli uzatmağa hazırdır. Bundan sonra da Çin və Rusiya ilə qarşıdurma və Avropa müttəfiqlərinin məmnuniyyətini doğuracaq mühüm daxili və xarici məsələlərin həllinə keçəcək.

İran, həmçinin, sanksiyaları ləğv etmək və bloklanmış aktivlərini, ilk növbədə, neft ixracatını bərpa etmək və inkişaf layihələrini maliyyələşdirmə üçün likvidliyi təmin etmək, daxili bazarın ehtiyaclarını ödəmək və bölgədəki təsirini genişləndirmək naminə geriyə dönüşə çalışmalıdır.

Əlbəttə, sonuncu bənd, yəni İranın qonşu dövlətlərdə təmsilçiliyi, regional müttəfiqlərinin narahatlıqları nəzərə alınmaqla, Bayden administrasiyasının nüvə anlaşmasına sürətli qayıdışı istəyini azaldır. Digər tərəfdən, ABŞ İranın Rusiyadan silah almasına və ya Çinə çox miqdarda neft satmasına qarşı çıxır, çünki bu, ABŞ-ın bölgədə və dünyadakı maraqlarına mənfi təsir göstərir. (Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı

44 günlük müharibə: “İsgəndər” raketinin “Barak-8”-lə vurulması görüntüləri

Bakıda dəhşət: 14 yaşlı oğlan məktub yazıb özünü binadan atdı

Sahil Babayevə cinayət işi açılmalıdır - “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”

Bu dərman COVID-19-a yoluxanların ağırlaşma riskini 90 faiz azaldır

"Albert Rıjıy"-nı öldürənin kimliyi bəlli oldu 

İlham Əliyev: “Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”

“Parlament vəziyyəti müzakirə edib yekun qərar verməlidir - ya elə, ya belə” - Müsahibə

“5-10 ilə üçüncü Qarabağ savaşı başlayacaq”

Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq? – Prezident cavabladı

“Muradov Bakıya erməni terrorçuları aparmağa gəlmişdi, amma arzusu ürəyində qaldı”

Ən çox oxunanalar