“Azərbaycan 2021-ci ildə iqtisadi azadlıq səviyyəsi üzrə 178 ölkə arasında 38-ci yeri tutaraq, əvvəlki ilə nisbətən 6, 2019-cu illə müqayisədə 22 pillə irəliləyib”.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.
O bildirib ki, Avropa regionunun 45 ölkəsi arasında 23-cü yerdə olan Azərbaycanın ümumi balı dünya ortalamasından yüksək olub:
“Reytinqdə 70,1 balla qiymətləndirilən Azərbaycan “Əsasən azad” ölkələr kateqoriyasına yüksəlib. Qazanılan uğur Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ardıcıl və sistemli sosial-iqtisadi islahatların məntiqi nəticəsidir”.
pia.az