Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Qaşıqçı hesabatı və saxta demokratiya oyunu...

Bir vaxtlar Avropa Afrikaya, Amerikaya və Asiyaya “mədəniyyət” gətirmək üçün müdaxilə edirdi. Bu gün isə imperialist güc olan ABŞ zəif ölkələrə “demokratiya və insan haqları gətirmək” üçün müdaxilələr edir...

Özcan Yeniçeri
“Yeniçağ” qəzeti, Türkiyə, 5 mart 2021-ci il

Qaşıqçı məsələsi hər hansı bir cinayətdən daha çox şey ifadə edir. Bir dövlətin baş konsulluğunda başqa bir dövlətin vətəndaşı həmin dövlətin məmurlarının fövqəladə planı ilə vəhşicəsinə öldürüldü. Qaşıqçı cinayəti bir dövlət (qəbilə dövləti) cinayətidir.

Əslində, hər kəs Qaşıqçı qətlinin Səudiyyə vəliəhdi Salmanın əmri və göstərişi ilə baş verdiyini bilirdi.

ABŞ Milli Kəşfiyyat İdarəsinin 2018-ci ildə hazırladığı, lakin Donald Tramp administrasiyası tərəfindən siyasi səbəblərə görə açıqlanmayan “Qaşıqçı kəşfiyyat qiymətləndirmə hesabatı”nı yeni prezident Co Bayden yayımlayıb. Hesabatda: “Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbulda ələ keçirilməsi ya da öldürülməsi ilə bağlı əməliyyatı təsdiqlədiyi qənaətinə gəldik”, deyə qeyd edilir.

Keçmiş ABŞ prezidenti Tramp ABŞ-ın maraqlarını əsas gətirərək Qaşıqçı hesabatını açıqlamamışdı. Tramp o dövrdə “nefti çox sevdiyini” də bildirmişdi.

Əgər qətldə məsul olan əsas şəxs bir dövlətin faktiki lideridirsə, o zaman bu dövlət də faktiki olaraq siyasi və iqtisadi cəhətdən girovluğa düşür. Tramp dövründə Qaşıqçı hadisəsindən bir girov və şantaj yolu kimi istifadə etmək üçün sözügedən hesabat ehtiyatda saxlanılırdı.

Camal Qaşıqçı hesabatının elanından sonra isə Bayden adminstrasiyası Səudiyyə Ərəbistanına qarşı (ehtiyatlı şəkildə) sanksiya və məhdudiyyətlər qoymağa qərar verib. Qaşıqçı qətlində əli olduğu düşünülən 21 Səudiyyə Ərəbistan vətəndaşının da adları yayımlanıb. Məruzədə Səudiyyə vəliəhdi Məhəmməd ibn Salmanın açıq şəkildə ölüm əmri verdiyi bildirilsə də, ABŞ-dan Salmana qarşı heç bir sanksiya elan edilmədi.

Digər tərəfdən, ictimaiyyətə açıqlanan Camal Qaşıqçı hesabatındakı 3 şəxsin eyni veb-saytdakı hesabatın yenilənən ikinci versiyasında silindiyi ortaya çıxıb. Hesabatın ilk versiyasında Qaşıqçı qətlinə bağlı olduğu bildirilən 21 şəxsin adı qeyd olunduğu halda, ikinci versiyadakı adların sayı 18-ə endirilib.

ABŞ dövlət katibi Blinken jurnalistlərə: “Səudiyyə Ərəbistanı ilə olan münasibətlər digərlərindən daha böyükdür”, demişdi. Bu ifadə isə Səudiyyə Ərəbistanı ilə olan münasibətlərin təkcə fərdlərdən deyil, həm də qanun, ədalət, demokratiya və insan haqlarından da böyük olduğu mənasını verir. ABŞ bu cinayəti törətmək üçün dövlət aparatından istifadə edən, qatil heyətini təyin edən, ölüm əmrini və göstərişini özü verən şahzadə Məhəmməd ibn Salman üçün heç bir sanksiya nəzərdə tutmur. Yalnız əmrə tabe olan şəxslər üçün sanksiyalar təyin edir.

Bu çərçivədə Qaşıqçı məsələsi ABŞ-ın büruzə verdiyi imperialist şüuraltı sərhədlərini ortaya çıxarır. Yəni imperialist hegemonların ədalət, məhkəmə sistemi, demokratiya, qanunun aliliyi və ya insan hüquqları kimi problemləri yoxdur.

Amerika dünyadakı mövqeyini güc hesabına qazandığını başa düşən, imperialist bir ölkədir. Bu səbəbdən, xarici siyasətdə də müəyyənedici bir amil kimi gücə və maraqlara əsaslanır. Demokratiya, insan hüquqları, ifadə azadlığı və qanun anlayışları isə imperialist gücün hədəf ölkələri əzmək üçün istifadə etdiyi vasitələrdir.

Bu yaxınlarda dünya ictimaiyyətini qorxudaraq inandırmaq üçün İraqı işğal edərkən kütləvi bioloji, nüvə və kimyəvi qırğın silahlarının təhdidindən istifadə etdi. ABŞ öz hegemoniyasını gücü ilə qurur və demokratiya, insan hüquqları və qanun anlayışları ilə də qanuniləşdirir. Demokratiya, insan hüquqları və qanunun aliliyi Amerika hegemonluğuna və mənafelərinə xidmət etdiyinə görə məhz ABŞ üçün dəyərlidir.
Ədalət, azadlıq, sülh və demokratiya kimi zəif ölkələrə tətbiq olunan anlayışlar da ən azından göründüyü kimi bəşəri dəyərləri deyil, bu dəyərlərlə pərdələnmiş Amerika maraqlarını təmsil edir. Bu mənada demokratiyanı yaymaq və müdafiə etmək ABŞ-ın milli maraq strategiyasının bir hissəsidir.

Bir vaxtlar Avropa Afrikaya, Amerikaya və Asiyaya “mədəniyyət” gətirmək üçün müdaxilə edirdi. Bu gün isə imperialist güc olan ABŞ zəif ölkələrə “demokratiya və insan haqları gətirmək” üçün müdaxilələr edir. Qaşıqçı hadisəsi də bizə “Qərb cəbhəsində yenilik yoxdur” deməyə çalışır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar