Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QDİƏT-in işçi qrupunun pandemiya ilə mübarizəyə həsr edilmiş iclası olub

Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) işçi qrupunun turizm sahəsində koronavirus (COVİD-19) pandemiyası əleyhinə mübarizəyə həsr edilmiş onlayn iclası keçirilib.

Bu barədə "Report" Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, işçi qrupunun iclasında QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin baş katibi Maykl Kristides, Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa Departamentinin direktor müavini Piter Yanek, eləcə də Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Albaniya, Yunanıstan, Şimali Makedoniya, Serbiya, Moldova, Rumıniya və təşkilata üzv olan digər dövlətlərin 30-a yaxın nümayəndəsi iştirak edib.

Üzv dövlətlərin COVID-19-a qarşı həyata keçirilən tədbirlər, turizm sektorunun bərpası istiqamətində indiyə qədər görülmüş işlər, həmçinin bu sahədə planlaşdırılan tədbirləri müzakirə etmək məqsədilə keçiridiyi iclasda sözügedən məsələlərə dair birgə bəyannamənin layihəsi hazırlanıb.

Həmçinin onlayn görüşdə üzv ölkələrin mütəmadi olaraq turizmlə bağlı COVID-19 pandemiyası və sonrakı dövr ərzində əsas xəbər və yeniliklərin QDİƏT Katibliyinə göndərilməsi barədə razılıq əldə edilib.

Qeyd olunan məlumatlar pandemiya dövründə üzv ölkələrə səyahət şərtləri və turizm sahəsi ilə bağlı yeniliklərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə QDİƏT tərəfindən yaradılan onlayn platformada (http://www.bsec-covidinfo.org) yerləşdiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar