Çərşənbə, 14 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Qazi və şəhid ailələrinin evinə qaz verilib

Ötən il dekabrın 15-dən 2021-ci il fevral ayının sonunadək 1-ci Qarabağ və Vətən müharibəsinin iştirakçısı olan qazilərin, şəhid ailələrinin “Azəriqaz” İstehsalat Birliyinə 31 müraciəti daxil olub.

Birlikdən "Report"a verilən məlumata görə, bunlar yalnız Birliyin Təmir-Tikinti İdarəsinin həyata keçirəcəyi işlərin siyahısıdır.

Bundan başqa, Regional qaz istismarı İdarələri də 8 bölgə üzrə onlarla eyni təbəqədən olan insanların müraciətlərinin icrasını tənzimləməkdədir. Bu igid övladlardan bir neçəsinin qəhrəmanlıq hekayəsini də nəzərdən keçirək.

Elgün Muradov və atası Nəriman Muradov torpaqlarımızın azadlığı uğrunda döyüşən cəsur döyüşçülər olublar. Oğul 2020-ci il sentyabrın 27-də başlanılan Vətən müharibəsinin, ata isə 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub. Hər ikisi Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmaqdan fəxr hissi keçirdiklərini deyirlər. Elgün Muradov Vətən müharibəsində Qubadlı, Zəngilan, Füzuli, Xocavənd rayonlarının işğaldan azad olunmasında şücaət göstərib. Onun atası Nəriman Muradov isə 1-ci Qarabağ müharibəsində 1992-ci ildə Ağdərə, Tərtər, Qırmızıkənd istiqamətində döyüşüb.

Onlar Abşeron rayonu, Yeni Mehdiabad yaşayış massivindəki fərdi yaşayış evlərində təbii qazın olmadığı barədə “Azəriqaz” İB-yə müraciət ediblər. Qazilərin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrinin müraciətlərinə diqqət göstərən Birlik bu müraciətə də həssaslıqla yanaşıb. Qısa müddət ərzində sözügedən yerdə qazlaşdırma işləri həyata keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı

44 günlük müharibə: “İsgəndər” raketinin “Barak-8”-lə vurulması görüntüləri

Bakıda dəhşət: 14 yaşlı oğlan məktub yazıb özünü binadan atdı

Sahil Babayevə cinayət işi açılmalıdır - “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”

Bu dərman COVID-19-a yoluxanların ağırlaşma riskini 90 faiz azaldır

"Albert Rıjıy"-nı öldürənin kimliyi bəlli oldu 

İlham Əliyev: “Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”

“Parlament vəziyyəti müzakirə edib yekun qərar verməlidir - ya elə, ya belə” - Müsahibə

“5-10 ilə üçüncü Qarabağ savaşı başlayacaq”

“Muradov Bakıya erməni terrorçuları aparmağa gəlmişdi, amma arzusu ürəyində qaldı”

Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq? – Prezident cavabladı

Ən çox oxunanalar