Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb

Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Zoltan Hernyeşi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. Bu xüsusda, Azərbaycan ilə təşkilat arasında dialoqun davam etdiyi, bir sıra layihələrin həyata keçirildiyi vurğulanıb. Avropa Şurasının 2018-2021 illərdə Azərbaycan üzrə fəaliyyət planının həyata keçirilməsi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm alət kimi dəyərləndirilib.

Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfi bölgədəki cari vəziyyət, postmüharibə sonrası bölgədə həyata keçirilən tədbirlər, əməkdaşlıq imkanları barədə məlumatlandırıb.

Zoltan Hernyeş Avropa Şurasının Azərbaycan ilə münasibətlərinin inkişaf etdirilməsinə hazır olduğunu və qətiyyətini ifadə edib. Z.Hernyeş təmsil etdiyi təşkilatın hazırkı mərhələdə müxtəlif sahələrdə Azərbaycana yardım etmək niyyətini qeyd edib.

Tərəflər arasında, həmçinin əməkdaşlıq üzrə yeni 2022-2025 illər üzrə fəaliyyət planının işlənib hazırlanması, yeni layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı səfər mübadilələrinin reallaşması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar