Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfv Komissiyası bu gün toplanır - işlər yekunlaşır

Rəşad Məcid: “Novruz bayramına qədər bütün işlər yekunlaşacaq və...”

Martın 6-da Əfv Məsələləri Komissiyasının videoformatda növbəti iclası keçiriləcək. Modern.az-ın məlumatına görə, növbəti həftə üçün daha 3 iclasın keçirilməsi nəzərdə tutulub. Bununla da Komissiyanın iclaslarına yekun vurulacaq.

Toplanmış materiallar Əfv Məsələləri Komissiyasının sədri tərəfindən ölkə başçısına təqdim olunacaq. Rəsmi məlumata görə, indiyədək keçirilmiş iclaslarda 500-dən çox müraciətə baxılıb. Müraciətlər müxtəlif kateqoriyaları, o cümlədən ömürlük azadlıqdan məhrum edilmiş şəxsləri əhatə edir.

Bayramda əfvin olacağına ümidlər kifayət qədər böyükdür. Xüsusilə 44 günlük II Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizdən sonraya bu əfvin düşməsi onun önəmini daha da artırır. Çoxları bu əfvin daha geniş olacağını düşünür.

Əfv Komissiyasının üzvü Rəşad Məcid də “Yeni Müsavat”a açıqlamasında ümidli danışdı: “Komissiyanın indiyə qədər 6 iclası olub. 600-dən çox müraciətə baxılıb. Bu iclaslarda hər bir fərdi müraciətin ətrafında müzakirələr gedir. Ona görə də, iclasların vaxtı çox çəkir, geniş fikir mübadiləsi aparılır. İclaslar hələ ki, davam edir. Yəqin ki, şənbə günü də iclasımız olacaq. Gələn həftə də bir neçə iclas gözlənilir. Ötən il Əfv Komissiyası məlum səbəblərdən toplanmadığı üçün xeyli işlər yığılıb qalıb. İşlərimiz hədsiz dərəcədə çoxdur. Amma çox güman ki, Novruz bayramına qədər bütün işlər yekunlaşacaq və sənədlər cənab prezidentə təqdim olunacaq. Çox güman ki, bayramda əfv olacaq”.

 

Əfv Komissiyanın üzvü bir məsələni də xüsusi olaraq vurğuladı: “Cəza müddəti az qalan məhbuslar olur, yəni yaxın aylarda azadlığa çıxacaq. Onlar vaxtı ilə Əfv Komissiyasına müraciət ediblər. Komissiya indi Ədliyyə Nazirliyinə tövsiyə edib ki, bunların işlərinə baxsın və onlar vaxtından əvvəl azadlığa buraxılsın. Artıq Ədliyyə Nazirliyi tərəfindən bir neçə tövsiyə olunan müraciətə baxılıb və işlərinə baxılan məhkumlar azadlığa buraxılıblar. Hansı ki, onların cəzalarının bitməsinə aylar qalmışdı. Amma Əfv Komissiyasının tövsiyəsi əsasında Ədliyyə Nazirliyinin məhkəmələri tərəfindən azadlığa buraxıldılar”.

R.Məcid həftə ərzində 3 iclasın olduğunu qeyd etdi: “Əvvəldə dediyim kimi işlər çoxdur. Onlara baxıb, işləri yekunlaşdırmaq üçün həftədə 3 iclas keçiririk. İclaslar bəzən 5 saat çəkir. Baxmayaraq ki, onlayn formatda iclaslar gedir, amma son dərəcə məhsuldar iclasların keçdiyini deyə bilərəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar