Çərşənbə, 14 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycanın tanınmış memarı vəfat edib

Azərbaycan Memarlar İttifaqının üzvü, əməkdar arxitektor, memar və rəssam Əlibəy Novruzi vəfat edib.

“Report” xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlibəy Nəzərli oğlu Novruzi 1942-ci ilin noyabrın 8-də Bakı şəhərində anadan olub.

1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən - 1967-69–cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda tanınmağa başlayır.

Əlibəy Novruzi 3 il dalbadal SSRİ-nin “İlin Ən Yaxşı Memarlıq Layihəsi” müsabiqəsinin qalibi olub.

600-dən artıq memarlıq layihəsinin, 400-ə yaxın rəsm əsərinin və 3 kitabın müəllifidir. Memarlıq sahəsində 2 ixtirası olub.

O, Sumqayıtın baş memarı olub.

Allah rəhmət eləsin!

pia.az 


Etiket: Memar


Digərxəbərlər

Populyar xəbərlər

17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı

44 günlük müharibə: “İsgəndər” raketinin “Barak-8”-lə vurulması görüntüləri

Bakıda dəhşət: 14 yaşlı oğlan məktub yazıb özünü binadan atdı

Sahil Babayevə cinayət işi açılmalıdır - “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”

Bu dərman COVID-19-a yoluxanların ağırlaşma riskini 90 faiz azaldır

"Albert Rıjıy"-nı öldürənin kimliyi bəlli oldu 

İlham Əliyev: “Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”

“Parlament vəziyyəti müzakirə edib yekun qərar verməlidir - ya elə, ya belə” - Müsahibə

“5-10 ilə üçüncü Qarabağ savaşı başlayacaq”

Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq? – Prezident cavabladı

“Muradov Bakıya erməni terrorçuları aparmağa gəlmişdi, amma arzusu ürəyində qaldı”

Ən çox oxunanalar