Çərşənbə, 14 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

IMF: Azərbaycan üçün əsas hədəf yeni iqtisadi model yaratmaqdır

"Azərbaycan üçün orta perspektivdə başlıca hədəf yeni iqtisadi model yaratmaqdır".

Bunu “Report”a Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycandakı missiyasının rəhbəri Natalia Tamirisa bildirib.

O, həmin modeldə iqtisadi artımda əsas pay sahibi fəal və şaxələndirilmiş özəl sektorun olacağını deyib:

“Bu məqsədlə maliyyə sektorunu və bazarları gücləndirilərək inkişaf etdirmək, dövlət müəssisələrini daha səmərəli vəziyyətə gətirmək, iqtisadiyyatı neftdən asılı vəziyyətdən xilas etmək üçün şaxələndirmək istiqamətində müvafiq islahatlar müəyyənləşdirmək vacibdir”.

Ekspertin fikrincə, orta perspektivdə vergi və büdcə siyasətinin əsas hədəfləri istehsalat infrastrukturuna, insan kapitalının inkişafına sərmayə qoymaqla gələcək nəsillər üçün neft sərvətini qorumaq arasında tarazlıq tapılmalıdır.

Azərbaycan malik olduğu böyük maliyyə “yastıq”ları sayəsində COVID-19 pandemiyası səngiyənə, dirçəlmə başlayanadək iqtisadiyyata dövlət dəstəyini davam etdirmək üçün əlverişli vəziyyətdədir. Pandemiyaya görə xüsusi dəstək dayandırılarkən bunu tədricən etmək lazım gələcək”, – IMF rəsmisi vurğulayıb.

Ötən ilin oktyabr ayında IMF tərəfindən açıqlanmış “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatına görə, 2021-ci ildə dünya üzrə ÜDM-in artımı 2 faiz, inflyasiya səviyyəsi 3,1 faiz, məcmu dövlət borcunun həcmi isə ÜDM-in 20 faizi səviyyəsində gözlənilir.

N.Tamirisanın sözlərinə görə, aprel ayında dərc ediləcək növbəti hesabatda yenilənmiş proqnoz yer alacaq.

Xatırladaq ki, Azərbaycan 1992-ci il sentyabrın 18-dən İMF-nin üzvüdür.

pia.az 


Etiket: IMF


Digərxəbərlər

Populyar xəbərlər

17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı

44 günlük müharibə: “İsgəndər” raketinin “Barak-8”-lə vurulması görüntüləri

Bakıda dəhşət: 14 yaşlı oğlan məktub yazıb özünü binadan atdı

Sahil Babayevə cinayət işi açılmalıdır - “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”

Bu dərman COVID-19-a yoluxanların ağırlaşma riskini 90 faiz azaldır

"Albert Rıjıy"-nı öldürənin kimliyi bəlli oldu 

İlham Əliyev: “Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”

“Parlament vəziyyəti müzakirə edib yekun qərar verməlidir - ya elə, ya belə” - Müsahibə

“5-10 ilə üçüncü Qarabağ savaşı başlayacaq”

“Muradov Bakıya erməni terrorçuları aparmağa gəlmişdi, amma arzusu ürəyində qaldı”

Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq? – Prezident cavabladı

Ən çox oxunanalar