Bazar, 11 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

PIIE: ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında TOP-5-ə daxil oldu

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dünyanın ən şəffaf 64 suveren fondları siyahısında beşinci yerdə qərarlaşıb.

“Report” bu barədə ABŞ-ın Peterson İnstitute For International Economics (PIIE) tərəfindən tərtib edilən və cari ilin fevral ayında nəşr olunan hesabatına istinadən xəbər verir.

Suveren fondların şəffaflıq və hesabatlılıq istiqamətində fəaliyyətinin dəyərləndirməsini həyata keçirən Beynəlxalq İqtisadiyyat üzrə ABŞ-ın nüfuzlu Peterson İnstitutunun cari ilin fevral ayında nəşr olunan 2019-cu il üzrə Suveren Fondların Şəffaflıq və Hesabatlılıq üzrə qiymətləndirmə cədvəlində Dövlət Neft Fondu 92 xal toplayıb.

2019-cu il üzrə qiymətləndirmə cədvəli qlobal suveren fondların vəsaitlərinin idarə edilməsi, idarəçilik, dayanıqlılıq, şəffaflıq və hesabatlılıq, və eləcə də Santyaqo Prinsiplərinin tətbiqi kimi müxtəlif istiqamətlərin dəyərləndirilməsi əsasında formalaşmışdır. ARDNF 2019-cu il üçün qiymətləndirmədə hər bir kateqoriya üzrə demək olar ki, maksimuma yaxın bal toplayıb.

Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu, eyni zamanda, suveren fondlar üçün vahid beynəlxalq standartlar toplusu olan Santyaqo Prinsiplərinin tətbiqi ilə bağlı da qiymətləndirmə cədvəli tərtib edib. Bu cədvəl 24 Santyaqo Prinsipindən suveren fondların qiymətləndirmə cədvəlinə uyğun gələn 16 prinsipin tətbiqi və eləcə də onların elementlərin dəyərləndirilməsi əsasında formalaşıb. Dövlət Neft Fondu Santyaqo Prinsipilərinin tətbiqi üzrə qiymətləndirmə cədvəlində də 5-ci mövqedə qərarlaşıb.

ABŞ-ın Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu 1981-ci ildə təsis edilib və bu qurum özəl və qeyri-kommersiya təşkilatı olub beynəlxalq iqtisadiyyatın araşdırılması sahəsində ixtisaslaşıb. Birləşmiş Ştatların ən nüfuzlu universitetlərindən biri sayılan Pensilvaniya Universitetinin Beynəlxalq elmlər şöbəsinin rektoru Ceyms Makqann tərəfindən hazırlanmış 2020-ci il “Global Go to Think Tank Index” hesabatına əsasən, Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu ABŞ-ın bir nömrəli “Think Tank”ı statusunu qazanıb və eləcə də 2020-ci il üzrə dünya “beyin mərkəzləri” reytinqində 9-cu mövqedə qərarlaşıb. Eyni zamanda, PIIE 2016-2019-cu illər üzrə dünyada Beynəlxalq İqtisadi Siyasət üzrə ən mükəmməl beyin mərkəzi sayılır və bu institut eləcə də 2020-ci ildə ən mükəmməl idarəçilik kateqoriyasında birincilik statusuna malikdir.

Qeyd edək ki, bu ilin yanvarın 1-nə ARDNF-in aktivləri 43 mlrd 564,3 mln ABŞ dolları təşkil edib ki, bu da ötən il yanvarın 1-nə nisbətən 0,6 % çoxdur.

Koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə Fondun büdcə xərcləri büdcə gəlirlərini üstələsə də, vəsaitlərin idarə edilməsindən əldə edilmiş və büdcədənkənar gəlirlər (3,2 milyard ABŞ dolları) hesabına aktivlərdə artım baş verib.

pia.az 


Etiket: ARDNF


Digərxəbərlər

Populyar xəbərlər

"Həyat yoldaşım və mən kəfəni yarıb çıxdıq" - Koronaya yoluxan aparıcı

Gəncənin icra başçısı şəhid anasına qarşı kobudluq edib

Qubada axundla intim videosu yayılan qadın niyə hakim önünə çıxarılır?

Əlilliyə görə pensiyalar niyə dayandırılıb – Nazirlikdən və deputatdan açıqlama

Hikmət Hacıyev yeni ailə quran cütlüyü təbrik etdi

Erməni deputat:"Mən Polad Həşimov küçəsində yaşayıram..." - Foto

Seks qalmaqalı: dünyadakı ən təsirli silahı Azərbaycana kimlər gətirdi...

Azərbaycanda bir milyardlıq kriminal: Bu işdə kimlərin əli var?

“Ya bizi Rusiyaya birləşdir, ya dövlət kimi tanı...”

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Ərdoğan-Zelenski görüşünün nəticələri – 20 maddə

Ən çox oxunanalar