Şənbə, 17 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Avropa İttifaqının qüsurlu qaz layihələrinə xərcləri açıqlandı

Avropa İttifaqı (Aİ) baş tutmamış, yaxud gələcəkdə baş tutması şübhəli olan 7 qaz layihəsinə 440 milyon avroya yaxın vəsait sərf edib.

“Report” “Prime”a istinadən xəbər verir ki, “Global Witness” beynəlxalq hüquq müdafiə təşkilatının məlumatına görə, bu vəsaitin 431 milyon avrosu Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriyanı birləşdirəcək və Qara dəniz yataqlarından təbii qazı Aİ ölkələrinə nəql edəcək boru kəməri layihəsinin payına düşür. Məqsəd AvropaRusiya təbii qazından asılı vəziyyətdən qurtarmaqdır.

Təşkilatın hesabatına əsasən, Qara dənizdə hələ istismar olunmayan qaz yatağının operatoru olan “Exxon” şirkəti layihədəki iştirak payını satmaq qərarını açıqlaması sərmayədarları narahat edib ki, nəticədə ötən ilin aprel ayında həmin boru kəmərinin Macarıstana qədər tikintisi təxirə salınıb.

Bu məsələni əsas götürən “Global Witness” Avropa Komisiyasını qaz layihələri başlıca əhəmiyyətli siyahısından (PCI) çıxartmağa, həmin layihələrə ayrılan vəsaiti isə bərpa olunan enerji sahəsindəki layihələrə yönəltməyə çağırıb.

pia.az 


Etiket: Qaz


Digərxəbərlər

Populyar xəbərlər

"Tərtər İşi"ndəki işgəncələrlə bağlı Xanlar Vəliyev danışdı - "Nağıldır"

Mehdiyevlərin biznes imperiyası "çat verir" – "Bank BTB" də əldən çıxa bilər

Azərbaycanlı müğənni müflis oldu - “120 min pulum batdı“

COVID-19-dan sağalanlar yoluxanları sayca üstələdi - Son sutkanın statistikası

Şahbaz: "Dilqəmi vurmuşam, yaxşı edib vurmuşam"

Səlim Müslümovun "pensiya islahatı": Əhalinin yarısına pensiya almaq qismət olmur

Bakıda məşhur hosteldə qalan qızların ölümü ilə bağlı təfərrüat

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi

Əlil uşağa yığılan 15minə valideynlər evlərini təmir etdi, 1ay sonra ev də yandı uşaq da

Ən çox oxunanalar