Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkotacirdən külli miqdarda narkotik və 24 min dollar pul aşkarlandı

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıldı.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Zeynalov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 36 qramdan artıq heroin, 30 qrama yaxın metamfetamin, 47 qramdan artıq marixuana, 10 ədəd metadon həbi və narkotik vasitənin satışından əldə olunan 125 manat pul aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq dörd kiloqram 702 qramdan artıq heroin, bir kiloqrama yaxın metamfetamin, bir kiloqrama yaxın marixuana, 940 qram həşiş, 193 qramdan artıq tiryək, bir ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə olunan 24 000 ABŞ dolları götürülüb.

pia.az 


Etiket: Narkotik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar