Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“SMS icazə bərpa edilməlidir, başqa yol yoxdur” - Açıqlama

Əgər yoluxma sayında yenidən artım olarsa, yeganə yol sərt karantin tədbirlərinə gedilməsi və SMS icazə sisteminin bərpa olunmasıdır.

Bunu həkim-infeksionist Vüqar Cavadzadə deyib.

İnfeksionist qeyd edib ki, Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla aparılır, dövlət tərəfindən bütün tədbirlər görülür: "Sadəcə olaraq insanlarda bir qədər arxayınlıq yaranıb. Bəzi insanlar demək olar ki, koronanın varlığını yaddan çıxarıb. Son günlərin statistikasında artım dinamikası müşahidə olunur. Bu da karantin tədbirlərinin nisbətən yumşalması ilə bağlıdır.

Bir sıra məktəblər, o cümlədən ictimai iaşə obyektləri mərhələli formada açılmaya getdi. Təbii olaraq mərhələli bərpa prosesi ictimai nəqliyyatda sıxlığın yaranmasına səbəb olur. Bu da yoluxma statistikasında artıma gətirib çıxarır. Son dövrlər yoluxma sayı 100-dən aşağı düşmüşdüsə, hazırda gündəlik 300-350 nəfərdə yoluxma qeydə alınır”.

Ekspert qarşıdan gələn Novruz bayramı ərəfəsində yoluxma sayında artımın olacağını istisna etmir:

“Bayram ərəfəsində insanların qonaq getmək kimi bir ənənəsi var. Bu zaman insanlar bir-biri ilə daha çox ünsiyyətdə olacaq. Bu da yoluxmaların artmasına təsir edəcək”.

Vüqar Cavadzadə hazırda ölkədəki epidemioloji vəziyyəti stabil qiymətləndirib:

“Düşünmürəm ki, hazırda sərt karantinə gediləcək. Çünki bu gün epidemik proses nəzarət altındadır. Amma yoluxma sayı artarsa, sərt karantindən başqa alternativ yolumuz qalmır.

Ölkəmizdə 3 dəfə sərt karantinə gedilib. Ən çox yoluxma payız aylarında qeydə alınmışdı. Gündəlik 4000-4500 nəfərin testinin nəticəsi pozitiv çıxırdı. Sərt karantin tədbirləri tətbiq olunandan sonra yoluxma sayında azalma qeydə alındı. Əgər yoluxma sayında yenidən artım olarsa, yeganə yol sərt karantin tədbirlərinə gedilməsi və SMS icazə sisteminin bərpa olunmasıdır. İnsanlar bir qədər ehtiyatla davranmalıdır ki, bayramdan sonrakı dövrdə sərt karantin rejimində yaşamayaq”. (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar