Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən (FHN) "Report"a bildirilib ki, bununla bağlı, Bakı şəhərində müxtəlif ünvanlarda küclü külək səbəbindən insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında FHN-in müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.

Daxil olmuş zənglər əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi və Nərimanov rayonu, Həsənoğlu küçəsində beşmərtəbəli binaların dam örtüklərində asılı vəziyyətdə qalmış dəmir parçalarının kənarlaşdırılması və ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, habelə Binəqədi rayonu, 3-cü Mədən küçəsində obyektdə yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması təmin olunub.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar