Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin donanması ABŞ-ı “taxtdan saldı”

2020-ci ilin sonunda Çin ən çox hərbi gəmiyə sahib olan ABŞ-ı "taxtdan salıb". Çin 360 döyüş gəmisinin gücü ilə dünyanın ən böyük donanmasına sahib ölkəyə çevrilib.

ABŞ Hərbi Dəniz Kəşfiyyatı Bürosu (ONI) tərəfindən ölkələrin dəniz döyüş gücü ilə əlaqədar hazırlanan son hesabatında, Çin donanmasının dünyanın ən böyük hərbi dəniz qüvvəsinə sahib olduğu qeyd edilib, Çinin 360 döyüş gəmisinə sahib olduğu və son iyirmi ildə üç dəfə artdığı açıqlanıb.

Hesabatda həmçinin, Çin donanmasının yaxın 4 ildə gəmi sayını 400-ə çatdırmağı hədəflədiyi də qeyd olunub. ONI hesabatında deyilir ki, Çin Xalq Respublikası tərəfindən müasir hərbi gəmilər, sualtı qayıqlar, təyyarə daşıyıcıları, döyüş təyyarələri, amfibi hücum gəmiləri, ballistik nüvə mərmisi sualtı qayıqları, böyük sahil mühafizəçiləri və qütb buzqıranları 'həyəcan verici' bir sürətlə inşa edilməkdədir. 

ABŞ isə hazırda 297 döyüş gəmisi ilə dünyanın ən çox hərbi gəmilərinə sahib ikinci ölkədir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar