Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Levon Ter-Petrosyan Onik Qasparyanı dəstəklədi

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Nikol Paşinyandan dərhal istefa verməyi tələb edən Baş qərargahı və onun rəisi Onik Qasparyanı dəstəkləyib. Virtualaz.org xəbər verir ki, Ter-Petrosyan ilur.am saytında dərc edilmiş məqaləsində generalların “dövlətçilik mövqeyindən çıxış etdiyini” bildirib.

Keçmiş prezident hərbi komandanlığın narazılığını və ordunu de-fakto siyasi proseslərə çəkmək səylərini tam başa düşdüyünü yazır. “Bunun səbəbi isə baş nazirin alçaldıcı məğlubiyyətə görə  ehtiyatsız şəkildə öz günahını ordunun üzərinə atmaq cəhdidir”,-o vurğulayıb.

Ter-Petrosyan bununla belə generalların özlərini “təmkinli aparmasını” və bəzi qüvvələrin ordunu antikonstitusion hərəkətlərə çəkməsinə imkan verməməsini alqışlayır. O, hərbçilərin özünü belə aparmasını “dövlətçilik düşüncəsinin nümunəsi” adlandırır və bildirir ki, generalların hərəkətləri xalqın həqiqi dəstəyinə layiqdir.

Bununla belə Ter-Petrosyan digər keçmiş prezident Robert Köçəryanın hərbi çevrilişi “dövlətin sağlamlaşdırılması vasitəsi” kimi təqdim etməsini təhlükəli adlandırıb və qınayıb.

Xatırladaq ki, ordunun Paşinyanın istefasını tələb etməsi baş nazirin “İsgəndər” raketlərinin “partlamadığı, yaxud 10 faiz partladığı” haqda dediklərindən sonra başlayıb. Belə ki, Paşinyan onun sözlərinə gülən Baş qərargah rəisinin müavini Tiqran Xaçatryanı vəzifəsindən azad edib. Buna cavab olaraq Onik Qasparyan və generallar bəyanatla çıxış edərək Paşinyanın adekvat qərarlar vermək iqtidarında olmadığını bildirib, onu dərhal istefaya çağırıb. Hazırda böhran davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar