Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Montrö razılaşmasından çıxır? - Ətraflı

Türkiyə hökumətinin sabiq admiralların İstanbul və Çanaqqala boğazlarının statusuna dair Montrö Konvensiyasını müdafiə edən məktubuna sərt reaksiyası bu ölkənin həmin razılaşmanı tərk edəcəyi anlamına gəlmir.

PİA.az xəbər verir ki, bunu RİA “Novosti”yə açıqlamasında Ankaradakı mənbə bildirib.

“Türkiyənin yüksək vəzifəli məmurlarının admiralların məktubuna sərt reaksiyası bu ölkənin Montrö konvensiyasından çıxması demək deyil. Bu məsələ heç gündəmdə də deyil. Tənqidə səbəb olan məktubun məzmunu deyil, admiralların adından dərc olunmasıdır. Çünki onlar mülki şəxslər kimi deyil, məhz yüksək çinli ehtiyatda olan hərbçilər kimi çıxış ediblər”, – mənbə qeyd edib.

Qeyd edək ki, ölkənin 103 sabiq admiralı bu gün məktub yazaraq, Montrö Konvensiyasını Türkiyənin İstanbul və Çanaqqala boğazlarında suveren hüquqlarını bərpa edən diplomatik qələbəsi adlandırıblar. Bundan əlavə, onların sözlərinə görə, həmin razılaşmanın yenidən baxılması mümkünsüzdür, bunun səbəbi isə Bosforla paralel olaraq inşa ediləcək və Mərmərə dənizini Qara dənizlə birləşdirəcək “İstanbul” kanalı layihəsi lahiyəsidir. Həmçinin məktubda Türkiyədə qüvvədə olan Konstitusiyanın saxlanmasına çağırışlar səslənir.

Məktubla bağlı Türkiyə Parlamentinin sədri Mustafa Şentop, vitse-prezident Fuat Oktay, Türkiyə Prezidenti administrasiyasının kommunikasiya departamentinin rəhbəri Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Qalın və bir neçə nazir tənqidi fikirlər səsləndiriblər. Türkiyənin Milli Müdafiə Nazirliyi isə yazılı bəyanatında məktub müəlliflərinin “gözlərini paxıllıq örtdüyünü və ölkənin SQ-nin uğurlarını görmək istəmədiklərini”, məktubun “orduya və demokratiyaya zərbə vurmağa yönəldiyini” qeyd edib. Ankara prokurorluğu isə məktubla bağlı araşdırmaya başlayıb.(KONKRET.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar