Çərşənbə axşamı, 13 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

BMT Azərbaycana işğal olunmuş ərazilərin minalardan təmizlənməsi üçün 1 milyon dollar ayırıb

“2020-ci ildə dünyada 10 mindən çox insan mina və partlamamış hərbi sursatların qurbanına çevrilib”.

PİA.az-ın məlumatına görə, bunu bu gün ADA Universitetində 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müşaviri Çaru Bist bildirib.

Çaru Bist deyib ki, qurbanların hər 4 nəfərindən biri uşaqlardır: “Ona görə də ölkələr bunu əhəmiyyətli məsələ kimi nəzərə almalıdırlar. Minalar mürəkkəb ərazilərdədir. Biz isə fəaliyyətimizi mina və partlamamış sursatlarla bağlı məlumatlandırmaya yönəltmişik. İkinci istiqamət yerli və beynəlxalq qurumlar arasında əməkdaşlığın qurulmasıdır. Biz Azərbaycanla bu cür əməkdaşlığı görürük. Azərbaycanla beynəlxalq təşkilatlar arasında əməkdaşlığın qurulması mühüm nailiyyətlər əldə etməyə imkan verir. Mina və partlamamış sursatlar təmizlənmədən heç bir cəmiyyət dayanıqlı inkişafa nail ola bilməz”.

BMT İP Rezident nümayəndəsinin müşaviri nəzərə çatdırıb ki, bununla insan həyatları xilas edilir: “Eyni zamanda partlamamış sursat və mina qurbanlarına kömək etməliyik”.

Çaru Bist qeyd edib ki, bu il 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü koronavirus pandemiyası dövrünə təsadüf edir: “Azərbaycanın 1990-cı illərdən BMT-nin dəstəyi ilə minaları təmizləməsi nəticəsində 163 mindən çox köçkünün qaytarılmasına şərait yaradılıb. İki həftə əvvəl yeni sazişə imza atmışıq. Böhranlara Cavab Fondundan 1 milyon dollar yardım ayrılıb. Bu, işçi heyətin xərclərinə və yardımların ayrılmasına yönələcək. Minaları aşkarlayan itlərin təlimi də bura daxildir”.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dilqəm Əsgərov “Həsən necə öldürülüb?” sualına əsəbləşdi – “Bunu Paşinyanın dostu Şahbazdan soruşun”

Lavrov Türkiyəyə xəbərdarlıq etdi: “Ab-havanı qızışdırmasınlar“

17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı

İddia: “Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? 

Məşhur aparıcı Moskva toylarından danışdı: “Pul üstündə gedən davaları görərdiniz” - Video

“Albert Rıjiy” ləqəbli avtoritet Əli Heydərov Moskvada qətlə yetirilib - Anbaan video

Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib - Yenilənib 2

Rusiyanın Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı önəmli açıqlama - Yenilənib

Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır

Erməni mətbuatı: Paşinyan Xocalı cəlladını Araikin yerinə gətirir? 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay